Qaynar xətt:

(+99450) 247 90 86

Antalyada azərbaycanlıların olduğu avtobus aşdı

KRİMİNAL

576

18.07.2019, 11:18

\"\" Türkiyədə azərbaycanlıların olduğu avtobus qəza törədib.
Oxu24.com  Trend-ə istinadən xəbər verir ki, hadisə ötən gün Antalyanın Manavqat vilayətində baş verib. Turistləri daşıyan avtobus idarəetməni itirərək yoldan çıxaraq aşıb.Avtobusun dərəyə aşması nəticəsində Məmmədovlar ailəsinin 5 üzvü müxtəlif dərəcəli xəsarətlər alıb: Elşən Məmmədov, Şəfəq Məmmədova, Nur Məmmədov, Ceyran Məmmədova və Əsma Məmmədova.
Hadisə yerinə cəlb olunan təcili yardım briqadası xəsarət alan şəxsləri xəstəxanaya çatdırıblar. Onların vəziyyətinin yaxşı olduğu deyilir.