Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda nişanlısından ayrılan oğlan intihar etdi

KRİMİNAL

615

19.07.2019, 15:37

\"\"  Binəqədi rayonunda intihar hadisəsi olub. Oxu24.com  oxu.az-a istinadən xəbər verir ki, hadisə iyulun 18-də, gecə saat 01 radələrində qeydə alınıb. Belə ki, Binəqədi rayonu, X.Hüseynov küçəsində yaşayan 1994-cü il təvəllüdlü Fərhad Eldar oğlu Quliyev evdə dərman içərək intihar edib. İlkin məlumatlara görə, onun intihar etməsinə səbəb nişanlısından ayrılması olub. Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi başlanıb.