Qaynar xətt:

(+99450) 247 90 86

Damarını kəsdiyi üçün xəstəxanaya gətirildi, özünü burada öldürdü - Bakıda dəhşət

KRİMİNAL

989

22.07.2019, 12:01

\"\"  Bu gün səhər saatlarında Bakıda Akademik Mir-Qasımov adına Respublika Klinik Xəstəxanasında intihar faktı qeydə alınıb. Bununla bağlı Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. 1984-cü il təvəllüdlü Nazim Fəridov özünü xəstəxana binasının üçüncü mərtəbəsindən atıb. O, hadisə yerində ölüb. Məlumatlara görə, N.Fəridov iyulun 19-da intihar məqsədilə damarlarını kəsib və yaxınları tərəfindən bu xəstəxanaya gətirilib. İntiharın səbəbləri məlum deyil. Faktla bağlı araşdırmalar aparılır.