Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda özünü binadan atmaq istəyən 16 yaşlı qızın intihar SƏBƏBİ - Sevgilisi onu... - ŞOK TƏFƏRRÜAT

KRİMİNAL

1746

24.07.2019, 12:35

  Dünən axşam saatlarında Bakının Əhmədli qəsəbəsində gənc qızın intihara cəhdinin səbəbi məlum olub. Bununla bağlı Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilib ki, iyulun 23-ü saat təqribən 17:10-da Lənkəran rayon sakini, 1992-ci il təvəllüdlü Şanel Arzu qızı Mirzəzadə intihar məqsədilə Məhəmməd Hadi küçəsi 34, ünvanında yerləşən doqquzmərtəbəli binanın damına çıxıb. Polis əməkdaşlarının səyləri nəticəsində intihara cəhdin qarşısı alınıb. Məlum olub ki, Şanel Mirzəzadənin bu addımına səbəb sevdiyi oğlanla ayrılması olub. O, bu ayrılığa dözə bilmədiyi üçün intihar etmək istədiyini bildirib.