Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda ailə faciəsi: Ad günündə dənizdə boğuldular

KRİMİNAL

670

25.07.2019, 17:41

\"\" Xəzər dənizinin Bakının Pirşağı ərazisində bacı-qardaş batıb. Oxu24.com \"istipress”ə istinadən xəbər verir ki, Şəkinin Kiçik Dəhnə kəndindən olan və müvəqqəti olaraq Bakıda yaşayan Xəzər Rüstəmovun ailəsi dənizdə faciə yaşayıb. Ailənin bu il 10-ci sinfi bitirmiş qızı Gülər və 5-ci sinfi bitirmiş oğlu Dəniz axşam saat 19 radələrində Pirşağı çimərliyində çimərkən boğulublar. Onların dənizdə burulğana düşdükləri deyilir. Uşaqlar boğularkən bacı - ailənin digər qızı xilas edilib, ailə ikinci qızın ad gününə yığışıbmış. Boğulan bacı-qardaş Şəkinin Kiçik Səhnə kəndindəki 2 saylı orta məktəbin şagirdləri olublar. Gülər qarşıdakı yeni dərs ilində 11-ci, qardaşı Dəniz isə 6-cı sinifdə oxuyacaqdı. Mərhumlar bu gün Kiçik Səhnə kəndindəki qəbiristanlıqda dəfn edilib. Allah ailələrinə səbr versin!