Qaynar xətt:

(+99450) 247 90 86

Motosiklet qəzasında ölən generalın oğlu imiş…

KRİMİNAL

790

26.07.2019, 20:29

\"\" Zığ şossesində motosikletlə qəzaya düşərək ölən şəxs Silahlı Qüvvələrin Baş qərargah rəisinin sabiq birinci müavini, general-leytenant Eyvaz Cəfərovun oğlu olub. Bu barədə eks-müstəntiq Rüfət Səfərov məlumat yayıb. O bildirib ki, Eyvaz Cəfərovun oğlu Eldar Cəfərov ötən il də qəza törədib, nəticədə barmaqları kəsilib. Əldə etdiyimiz məlumata görə, qəza iyulun 25-də saat 17 radələrində baş verib. Belə ki, generalın oğlu idarə etdiyi “Suzuki” markalı motosikleti yol kənarındakı maneəyə vurub və aldığı xəsarətlərdən hadisə yerində ölüb. Qeyd edək ki, Eyvaz Cəfərov 2017-ci ildə istefaya göndərilib. *** Xətai rayonunun Zığ şossesində yol-nəqliyyat hadisəsi baş verib. Qəza iyulun 25-də saat 17 radələrində qeydə alınıb. Bakı şəhər sakini Eldar Cəfərov idarə etdiyi “Suzuki” markalı motosikleti yol kənarındakı maneəyə vurub və aldığı xəsarətlərdən hadisə yerində ölüb.