Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan-İran sərhədində qəribə olay - Pişik aparan şəxs tutuldu

2018-05/1526634827_serhed.jpg

KRİMİNAL

1510

18.05.2018, 13:13

\"\" Azərbaycan dövlət sərhədini pozmağa cəhd göstərən İran vətəndaşı saxlanılıb.
Dövlət Sərhəd Xidmətindən (DSX) Oxu24.com-a verilən məlumata görə, mayın 17-də dövlət sərhədinin pozulmasının qarşısı alınıb. Belə ki, həmin tarixdə saat 18:50 radələrində Horadiz sərhəd dəstəsinin xidməti ərazisində Azər­bay­can Respublikasından İran İslam Res­publikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 1 nəfər şəxs sərhəd naryadı tərəfindən saxlanıl­mış­­dır. Sərhəd pozucusunun tutulduğu əraziyə ba­xış keçirilərkən 1 qu­tuda “Şotland pişik cinsi”nə aid 10 baş pişik balası aşkar olun­­muşdur. Sərhəd pozucusunun İran İslam Respublikasının vətəndaşı 1983-cü il təvəllüdlü Kakavənd Mima Fərhad olması, pişik bala­larını satış məqsədilə İran İslam Respublikasına qaçaqmal yolu ilə aparmaq istəməsi müəy­yən edilmişdir. Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.