Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda “Makarov” tapançası ilə gəzən şəxs saxlanılıb

2023/01/31/1675159483_3a1d39ec-0ec8-39ef-8e61-36b78c6262c4_850.jpg

KRİMİNAL

307

31.01.2023, 15:38

Bakıda “Makarov” tapançası ilə gəzən şəxs saxlanılıb.

Bu barədə Oxu24.com-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.

Daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Fuad Abdulov tutularaq Polis Bölməsinə gətirilib.

Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus 3 ədəd patron və daraq aşkar olunaraq götürülüb. Fuad Abdulov odlu silahı bir müddət əvvəl əldə etdiyini və polisə təhvil verməyərək üzərində gəzdirdiyini bildirib.

9-cu Polis Bölməsində toplanan materiallar Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam edirilir.