Qaynar xətt:

(+99450) 247 90 86

Sumqayıtda faciə: Ölən qadın kimdir?

2023/02/01/1675229600_4b9a4467-0705-3cc6-b511-ecf8f6748954_850.jpg

KRİMİNAL

252

01.02.2023, 09:31

Sumqayıtda avtomobil qadını vuraraq öldürüb.
Oxu24.com-un xəbərinə görə, hadisə yanvarın 31-də Sumqayıt şəhəri ərazisində qeydə alınıb. Belə ki, 1982-ci il təvəllüdlü Rəsulov Anar Hacıoğlan oğlu idarə etdiyi "Ford" markalı avtomobil ilə hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Daha sonra nəqliyyat vasitəsi səkiyə çıxaraq yolun kənarı ilə hərəkətdə olan piyada 1965-ci il təvəllüdlü Eyvazova Aqibət Ağasəlim qızını vurub. Nəticədə qadın hadisə yerində ölüb. Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.