Qaynar xətt:

(+99450) 247 90 86

DİN-dən stadiondakı bıçaqlanma xəbərinə - Reaksiya

2023/02/01/1675240195_azar.jpg

KRİMİNAL

246

01.02.2023, 13:14

Daxili İşlər Nazirliyi dünən Bakıda keçirilən Səbail-Kəpəz oyunundan sonra azarkeşlər arasında baş verən bıçaqlanma hadisənə reaksiya verib.

DİN-in Mətbuat xidmətindən  Oxu24.com-un  sorğusuna cavab olaraq bildirilib ki, bıçaqlanma stadion ərazisində deyil, kənarda qeydə alınıb: “Oyundan sonra arenadan kənarda bir nəfərin ayaq nahiyyəsindən bıçaq xəsarəti alması ilə bağlı məlumat daxil olub.

Araşdırmalarla həmin əməli törədən şəxsin kimliyi müəyyən olunub. Onun saxlanması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür”.

Xatırladaq ki, əməliyyat olunan Rahib adlı azarkeşin həyatı üçün təhlükə yoxdur, müalicəsi davam edir.