Qaynar xətt:

(+99450) 247 90 86

Falçı bələdiyyə sədrinin xeyli pulunu alıb: Atasının ruhu ilə danışdırırmış

CƏMİYYƏT

182

28.05.2024, 23:24

Fransa Ağde şəhərinin meri Gilles d'Ettore və falçı Sofiya Martinezlə bağlı qalmaqaldan danışır.

OXU24.COM  xəbər verir ki, bələdiyyə sədri Gilles d'Ettore və şəhərin məşhur falçısı Sofiya Martinez barələrində başlanan korrupsiya istintaqı çərçivəsində həbs ediliblər. Falçı bələdiyyə sədrini aldatmaqda ittiham olunub. Mer həm də korrupsiyada ittiham olunur.

Xəbərə görə, Gilles d'Ettore 1996-cı ildə vəfat edən atasının ruhu ilə danışmaq üçün falçı Martinezlə əlaqə saxlayıb. 4 il davam edən istintaqda Martinez səsini dəyişərək merlə sanki atası kimi danışıb. İddialara görə, bu söhbətlərdə “atası” Gilles d’Ettore-ni Martinezin tanışlarını bələdiyyədə işə götürməyə, evini təmir etdirməyə razı salıb. 28 min əhalisi olan kiçik qəsəbədə qəribə şayiələrin yayılmasından sonra prokurorluq istintaqa başlayıb.