TDT-nin Baş katibindən Azərbaycana DƏSTƏK MESAJI
26 Fevral 2025, 09:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
448
30.05.2024, 23:38
Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz.
OXU24.COM "Avtosfer"ə istinadla xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin təsdiq etdiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"də öz əksini tapıb.
Sənəddə qeyd olunub ki, taksi minik avtomobilləri ən azı "Avro-5" ekoloji standartına uyğun olmalıdır. Bundan başqa, dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə "Avtomobil nəqliyyatı haqqında" Qanunla müəyyən edilən buraxılış kartı verilməyəcək.
Qanunda edilmiş dəyişikliklər 2024-cü il iyulun 1-dən qüvvəyə minir. Taksilərə bu cür tələblərin qoyulmasının qiymət artımına səbəb olacağı da deyilir. Maraqlıdır, Bakıətrafı qəsəbələrdən mərkəzə hərəkət edən və paytaxt daxilində fəaliyyət göstərən el arasında dediyimiz "1 manatlıq" taksilərin aqibəti necə olacaq?
Həmçinin oxuyun
Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı açıqlamasında bildirib ki, taksi haqqında qəbul edilmiş qərar çərçivəsində taksi fəaliyyəti ilə məşğul olmaq mümkündür:
"Taksilərin keyfiyyətini artırmaq, taksidə olan nöqsanları aradan qaldırmaq üçün taksi haqqında müntəzəm qanunlar qəbul olunur. Bu, məhz taksidə olan nöqsanları aradan qaldırmaqdan dolayı zəruridir. Taksi fəaliyyəti ilə məşğul olmaq üçün sürücülər qeydiyyatdan keçməlidirlər. Ancaq bu halda qanunun tələbinə uyğun şəkildə taksi kimi fəaliyyət göstərə bilərlər. Başqa cür məşğul olsalar, cərimələnəcəklər".
Ekspert vurğulayıb ki, "1 manatlıq" taksilərin sürücüləri sırf taksi fəaliyyəti ilə məşğul olan sürücülər deyillər:
"Onlar adətən işə gedərkən yolüstü piyadanı götürüb öz gündəlik xərclərinin müəyyən hissəsini qarşılamağa çalışırlar. Ona görə onlar lisenziya almaqda və ya avtomobilinə taksometr quraşdırmaqda maraqlı deyillər. Lakin qanun qüvvəyə minəndə həmin sürücülərə İnzibatı Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq protokol və cərimə tətbiq ediləcək".
09:15 / 13 Dekabr 2025
1
09:06 / 13 Dekabr 2025
28
08:45 / 13 Dekabr 2025
22
08:37 / 13 Dekabr 2025
25
00:28 / 13 Dekabr 2025
93
00:14 / 13 Dekabr 2025
843
00:01 / 13 Dekabr 2025
513
23:20 / 12 Dekabr 2025
434
23:12 / 12 Dekabr 2025
83
22:41 / 12 Dekabr 2025
7304
22:05 / 12 Dekabr 2025
111
21:58 / 12 Dekabr 2025
1599
21:45 / 12 Dekabr 2025
111
19:31 / 12 Dekabr 2025
1043
19:20 / 12 Dekabr 2025
2102
19:04 / 12 Dekabr 2025
1159
19:02 / 12 Dekabr 2025
156
17:40 / 12 Dekabr 2025
1341
17:29 / 12 Dekabr 2025
111
17:11 / 12 Dekabr 2025
1408
16:38 / 12 Dekabr 2025
1415
16:35 / 12 Dekabr 2025
207
16:30 / 12 Dekabr 2025
162
16:29 / 12 Dekabr 2025
112
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.