TDT-nin Baş katibindən Azərbaycana DƏSTƏK MESAJI
26 Fevral 2025, 09:50
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
489
07.12.2024, 10:23
"İllərdir ölkəmizdə ailə büdcəsinə ağır yük olan repetitor fəaliyyətinin əsas səbəbləri təhsil sistemindəki müəyyən boşluqlar və problemlərlə bağlıdır. Halbuki, dövlət tərəfindən məktəblərdə müəllim və şagirdlər üçün yüksək təhsilə hər cür şərait yaradılıb. Bəs hələ də şagirdləri repetitor yanına getməyə hansı amillər məcbur edir?".
Bunu OXU24.COM -a açıqlamasında ekspert Fərid Əliyev deyib.
Onun sözlərinə görə, bəzi valideynlər məktəbdə potensial görmədiyi üçün repetitor xidmətindən istifadəyə üz tutur:
"Bunlara misal olaraq "fərdi yanaşma", "daha yüksək nəticələr", "fokuslanmış təhsil", "inam və motivasiya" və.s amilləri sadalamaq mümkündür. Bununla yanaşı "təhsil sistemində çatışmazlıqların göstəricisi", "maddi yük", "aslılıq", "təhsil bərabərsizliyi", "stress və yüklənmə", "keyfiyyətsiz repetitorlar" olaraq da mənfi nəticələri mövcuddur. Niyə ölkəmizdə təhsil tam ödənişsiz olduğu təqdirdə, əlavə olaraq valideynlərin şəxsi büdcəsi hesabına övladları repetitor yanına getməlidir? Nəyə görə, məktəblər də buna şərait yaradaraq öz reputasiyalarını aşağı düşürməlidirlər? Deyərdim ki, bu problemin ən başlıca səbəbi məktəblərdə olan tədris sistemi və bəzi işini düzgün bacara bilməyən məsullardır. Hər bir valideyn övladının universitetə qəbul olunmasını arzulayır və hər bir şagird də universitet həyatına atılmağı səbrsizliklə gözləyir. Lakin məktəbdə gələcəyi üçün bir potensial görmür və bu səbəbdən də repetitor xidmətindən istifadəyə üz tutur. Bu da öz növbəsində həmin sahəyə tələbi artırır".
Həmçinin oxuyun
Ekspert tədris keyfiyyətini artırmaq və müəllimlərin bilik və bacarıqlarını daha da təkmilləşdirmək üçün mütəmadi təlimlər təşkil edilməli olduğunu bildirir.
"Mütləqdir ki, repetitorluq fəaliyyətinə səbəb olan problemlər müntəzəm olaraq monitorinq edilməli və məktəblərdə problemlərin səbəbləri aradan qaldırılmalıdır. Bu məsələni həll etmək üçün məktəblər, təhsil sisteminin digər komponentləri ilə birgə, bir sıra addımlar da atmalıdırlar. Məsələn tədris keyfiyyətini artırmaq və müəllimlərin bilik və bacarıqlarını daha da təkmilləşdirmək üçün mütəmadi təlimlər təşkil edilməlidir. Müasir tədris metodikalarının tətbiqi ilə şagirdlərin marağını artırmaq və dərsləri daha effektiv etmək mümkündür.Dərslik və proqramlarını yeniləyərək sadə, başadüşülən və praktiki etmək, çox yüklü və ya nəzəri materialları azaltmaq lazımdır. Təhsil proqramı şagirdlərin bacarıqlarına və inkişaf səviyyəsinə uyğunlaşdırılmalıdır. Fərdi yanaşma ilə müəllimlər zəif şagirdlərə əlavə dəstək göstərməlidirlər. Daha sonra məktəb daxilində pulsuz əlavə məşğələlər və konsultasiyalar təşkil edilə bilər. Siniflərdə fərdi yanaşma metodlarından istifadə etməklə hər şagirdin ehtiyacları nəzərə alınmalıdır. Universitetlərə qəbul yalnız testlərə deyil, digər bacarıqlara əsaslanan müvafiq seçim mexanizmlərinə keçid etməlidir", deyə, o, qeyd edib..
F.Əliyev deyir ki, orta məktəblərdə təhsilin səviyyəsi artmış olsa şagirdlərin repetitor dəstəyinə ehtiyacı olmayacaq.
"Orta məktəb təhsili elə səviyyədə təşkil olunmalıdır ki, şagirdlər repetitor dəstəyinə ehtiyac hiss etməsinlər. Məktəblərdə əlavə kurslar, məşğələlər və s. təşkil edilməlidir. Bunlar həm şagirdlərə dəstək, həm də repetitorluğa alternativ ola bilər. Düşünürəm ki, valideynlərlə məktəb arasında sıx əməkdaşlıq olmalıdır. Onlara repetitorluq yerinə məktəb resurslarından necə istifadə ediləcəyi izah edilməlidir. Valideynlər məktəblərdəki dəyişikliklərdən xəbərdar edilməli və onların dəstəyi alınmalıdır. Bu addımlar atılacağı təqdirdə təhsil sistemindəki boşluqları azaldaraq şagirdlərin məktəb təhsilinə olan inamını artırmağa kömək edə bilər. Məqsəd yalnız repetitorluğun qarşısını almaq deyil, təhsil keyfiyyətini yüksəltmək olmalıdır", deyə ekspert əlavə edib,
17:16 / 16 May 2025
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edib
1
17:07 / 16 May 2025
Umico kredit xəttinin istifadəçiləri üçün xüsusi kampaniya: komissiyasız alış-veriş imkanı
5
16:42 / 16 May 2025
Alimenti verməyən qadına cinayət işi açıldı,həbs oluna bilər — Keçmiş ər-arvad məhkəmədə üz-üəzdir
210
16:11 / 16 May 2025
Baş nazir qərar imzaladı
48
15:41 / 16 May 2025
Eltisini evin mətbəxində əməliyyat edibmiş...
166
15:36 / 16 May 2025
Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı olub
38
15:18 / 16 May 2025
Alimenti ödəməyənləri hansı cəza gözləyir? — Vəkil məsuliyyəti açıqladı
100
14:38 / 16 May 2025
"Nazir teatrdan gedən kimi Mehriban Ələkbərzadə şəhid qızını təhqir elədi" - İDDİA
86
14:36 / 16 May 2025
İlham Əliyevin Tiranada Avropa İttifaqı Şurası və Avropa Komissiyasının prezidentləri ilə görüşü olub
48
14:04 / 16 May 2025
SON DƏQİQƏ! Milli Məclis tibb sahəsində qərarlar qəbul etdi
442
14:03 / 16 May 2025
Trampın 11-ci nəvəsi doğulub
65
13:30 / 16 May 2025
Parlament oğurluq, özgənin əmlakını gizli talamaya görə cəzaların sərtləşdirilməsini ilk oxunuşda qəbul edib
68
13:10 / 16 May 2025
100-dən çox “Telegram”, “TikTok” və “Instagram” kanalı bağlanıb - Seyfulla Əzimov
108
13:04 / 16 May 2025
Elgün anası ilə sonuncu dəfə nə danışıb?
821
12:42 / 16 May 2025
Milli Məclis pensiyalarla bağlı qərar qəbul edib
551
12:40 / 16 May 2025
Sabahın havası ilə bağlı açıqlama
101
12:38 / 16 May 2025
Borclularla bağlı - Yeni qayda
170
12:17 / 16 May 2025
SON DƏQİQƏ! Milli Məclis mühüm qərarlar qəbul etdi
905
12:15 / 16 May 2025
Məktəblərin bağlanma vaxtı dəyişir? - AÇIQLAMA
118
12:12 / 16 May 2025
Sumqayıtda şəhid Yusif Məmmədovla vida mərasimi keçirilib
88
12:01 / 16 May 2025
Azərbaycanda ticarət mərkəzində FACİƏ
952
11:33 / 16 May 2025
Azərbaycanda əmək haqqının ən yüksək olduğu sahələr - SİYAHI
129
11:26 / 16 May 2025
Qətl törədilmiş şəhid ailəsində daha bir - Ağır itki
105
11:16 / 16 May 2025
Gəncədə 31 yaşlı kişi restoranda bıçaqlanıb
84
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.