Qaynar xətt:

(+99450) 247 90 86

Yol qəzasında xəsarət alan sürücü xəstəxanada öldü

2024/12/10/1733859527_resize.jpg

CƏMİYYƏT

235

10.12.2024, 23:42

Qubada yol qəzasında xəsarət alan sürücü xəstəxanada ölüb.

OXU24.COM  xəbər verir ki, şəhərin M.P.Vaqif küçəsində pikapla “Hyundai Elantra” markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində “Hyundai Elantra”nın sürücüsü Quba rayonu, Kübçal kənd sakini, 2001-ci il təvəllüdlü Quliyev Teymur Faiq oğlu ağır bədən xəsarətləri alaraq, Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq o, dünyasnı dəyişib.

Faktla bağlı araşdırma aparılır.