TDT-nin Baş katibindən Azərbaycana DƏSTƏK MESAJI
26 Fevral 2025, 09:50
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
383
17.12.2024, 22:18
2024-cü il həm Azərbaycan, həm də digər bir sıra ölkələr üçün seysmik aktiv bir dövr oldu. İlin ilkin ayında - yanvarın 19-da 5,1 bal gücündə baş verən zəlzələ Saatlı, Şirvan, Salyan, Sabirabad və bəzi ətraf ərazilərdə hiss olunmuşdu. Daha sonra iyul ayında Lənkəran bölgəsində 4,7 bal gücündə yeraltı təkanlar meydana gəlmişdi. Ən son isə noyabrın 23-də Laçın ərazisində 4,5 maqnitudalı zəlzələ qeydə alınıb.
OXU24.COM xəbər verir ki, artıq il sonudur. Bəs bu aktivlik 2025-ci ildə də ölkəmizdə müşahidə olunacaqmı? Növbəti ilin zəlzələ proqnozu necədir?
Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin rəhbəri, Yer elmləri üzrə elmlər doktoru dosent Qulam Babayev bu barədə Yenisabah.az-a açıqlama verib. O, bildirib ki, gələn ilin ilk anlarından seysmik aktivlik müşahidə ediləcək:
“Çox güman ki 2025-ci ilin ilk kvartasında nəinki Azərbaycanda, dünya miqyasında seysmik və tektonik aktivlik intensiv formada davam edəcək. Hesablamalarıma uyğun olaraq, dövrilik hələ ki davam edir. Azərbaycana gəlincə, həmişə öz çıxışlarımda qeyd etmişəm ki, güclü, dağıdıcı zəlzələ ölkəmizdə gözlənilmir. Səbəbi çox sadədir. Çünki Azərbaycan ərazisində yerdəyişmələr, dərində baş verən proseslər digər bölgələrdəki kimi intensiv sürətli deyil. Sakit Okean zonası, yəni İndoneziya, Filippin, Avropa zonası Yunanıstan, İtaliya, Türkiyə və Latın Amerikası zonasındakı kimi instensivlik bizdə yoxdur. Bu səbəbdən dağıdıcı, güclü zəlzələ Azərbaycanda gözlənilmir. Amma buna baxmayaraq, Azərbaycan zəlzələ bölgəsidir, seysmik olaraq aktiv bir yerdədir. Burada bir neçə seysmik ocaqlar mövcuddur”.
Həmçinin oxuyun
Ekspert ən təhlükəli ocaqlardan birinin Xəzər dənizi sayıldığını da qeyd edib:
“Ən təhlükəli ocaqlardan biri məhz Xəzər dənizidir. Çünki Xəzər mürəkkəb tektonik ərazidir. Burada bir neçə qırılma zonaları, qırışıqlar mövcuddur. Onların birləşmə nöqtələri genişdir. Üstəlik, seysmik ocaqlarla da zəngin bir ərazidir. Abşeron yarımadası və Bakı şəhərinə ən böyük təhlükə də məhz bu zonadan gəlir. Həmçinin, Şamaxı-İsmayıllı seysmik aktiv bölgəsi də Bakı və Abşeron ərazisi üçün bir növ təhlükə törədir.
2025-ci ildə Azərbaycanda hiss olunan zəlzələ, yəni 4,5-5,5 maqnitudalı ola bilər. Burada bir amil də var ki, yeraltı təkan səthə yaxındırsa, onun seysmik effekti daha çox hiss olunacaq. Ona görə hər zaman qeyd edirəm ki, seysmik ocağın dərinliyi vacib faktorlardan sayılır”.
15:32 / 23 May 2025
20 yaşlı şəxsi ilan sancıb
1
15:30 / 23 May 2025
Prezident həmin dəyişikliyi təsdiqlədi
2
15:20 / 23 May 2025
Netanyahu Qərb liderlərini günahlandırır
6
15:14 / 23 May 2025
Bu yolda təmir başlayır
14
15:00 / 23 May 2025
Efirdə biabırçılıq: 60 yaşlı qadın hamilə olduğunu deyir +VİDEO
115
14:50 / 23 May 2025
Qaz kəsildi
22
14:41 / 23 May 2025
SON DƏQİQƏ! Naibə Allahverdiyeva döyüldü,keçmiş əri tutuldu
209
14:40 / 23 May 2025
Bu ölkədə güclü zəlzələ oldu
26
14:30 / 23 May 2025
Gürcüstan ruslara və belaruslara ölkədən avtomobil ixrac etməyi qadağan edib
33
14:13 / 23 May 2025
Bu ölkədə telegram bağlanır
34
14:08 / 23 May 2025
Qazaxıstandan vurulan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama
98
13:57 / 23 May 2025
Medianın İnkişafı Agentliyi Audiovizual Şura ilə birgə müsabiqə elan edib
30
13:35 / 23 May 2025
Nazirlikdə yeni təyinat olub
412
13:35 / 23 May 2025
Aİ nümayəndəsi Gürcüstana buraxılmayıb
64
13:31 / 23 May 2025
Çoxdan gözlənilən QƏRAR VERİLDİ: 65 yaşdan sonra...
601
13:27 / 23 May 2025
Lavrov Ukrayna ilə yeni danışıqlar haqqında danışıb
37
13:26 / 23 May 2025
Muxtar Babayevin vəzifəsi ilə bağlı - QƏRAR
56
13:25 / 23 May 2025
Mirasa şərik olanların NƏZƏRİNƏ: Yeni qayda qəbul edilir
72
13:11 / 23 May 2025
Bir vəkilin fəaliyyəti dayandırılıb, beşinə töhmət verilib
52
13:05 / 23 May 2025
Məhkəmə Trampın Təhsil Departamentini bağlamasına mane oldu
39
13:02 / 23 May 2025
Elgünün qətli məsələsi Milli Məclisə gedib çıxdı:Deputatlar nə deyir?
356
13:00 / 23 May 2025
Orban Ukraynanın milyonluq ordusunun təhlükəsi barədə xəbərdarlıq edib
39
12:50 / 23 May 2025
Şaxta çökdü: 286 işçi yerin altına düşdü
47
12:43 / 23 May 2025
İran Prezidenti İlham Əliyevi təbrik edib
41
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.