TDT-nin Baş katibindən Azərbaycana DƏSTƏK MESAJI
26 Fevral 2025, 09:50
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
1037
20.12.2024, 21:21
Kişi və qadın boksçular arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.
OXU24.COM xəbər verir ki, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 41 komandanın 200 (178 kişi, 22 qadın) idmançısı qüvvəsini sınayıb. 6 gün davam edən turnirin son günündə kişilər arasında 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.
Final görüşlərini gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, Azərbaycan Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev, Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov, Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov və digər federasiyaların rəsmiləri də izləyiblər.
Döyüşlərdən öncə Azərbaycan boksçularının il ərzində qatıldığı beynəlxalq turnirlər və qazandığı uğurlarla bağlı videorolik nümayiş etdirilib. Ardınca gənclər və idman naziri Fərid Qayıbov boks üzrə milli komandalarımızın 2024-cü ildə çıxışını uğurlu adlandırıb. Ölkəmizdə boksun inkişaf etdiyini bildirən nazir artıq paytaxt və bölgələrdə boks zallarının istifadəyə verildiyini də deyib.
Azərbaycan Boks Federarasiyasının prezidenti Sahil Babayev 2024-cü ilin boksçularımız üçün uğurlu alındığını deyib. O bildirib ki, müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandaları qatıldıqları 35 beynəlxalq yarışda 160 medal qazanıblar. Onlardan 44-ü qızıl, 48-i gümüş və 68-i bürüncdür. Bu mükafatlardan 21-i Avropa, 5-i dünya çempionatlarında və 1-i Paris-2024 Yay Olimpiya Oyunlarında əldə edilib.
S. Babayev bu il ölkəmizin 2 beynəlxalq yarışa ev sahibliyi etdiyini də xatırladıb. O, 2025-ci ildə bu turnirlərin sayının 3-ə yüksələcəyini qeyd edib. Federasiya prezidenti maddi-texniki bazanın gücləndirildiyini, hakimlərimizin beynəlxalq ulduzlarını artırdığını, məşqçilərimizin beynəlxalq dərəcə aldığını da bildirib.
O, hədəfin dəyişməz qaldığını və əsas məqsədin Los-Anceles-2028 Yay Olimpiya Oyunlarında qızıl medal qazanmaq olduğunu vurğulayıb.
Ardınca Fərid Qayıbov və Sahil Babayev gənclər arasında dünya birinciliyində və U-22 Avropa çempionatında medal qazanan boksçularla görüşüblər.
Daha sonra Azərbaycanın ən güclü boksçuları müəyyənləşib. Rəsmi qonaqlar 60 kq və 67 kq çəki dərəcəsində ilk 3 yerin sahiblərini mükafatlandırıblar.
Həlledici döyüşlərdə qalib gələn Sübhan Məmmədov, Yadigar Əliyev, Amin Məmmədzadə, Ömər Aslanlı, Maqsud Xasmetov, Malik Həsənov, Nəbi İsgəndərov, Sərxan Əliyev, Rasim Çobanlı, Murad Allahverdiyev, Seyid Seyidov, Rauf Rəhimov və Məhəmməd Abdullayev çempion tituluna sahib olublar.
Turnirin komanda hesabında “Neftçi” İdman Klubu 60 xalla birinci yeri tutub. İkinci pilləyə BFL (21) yiyələndiyi halda, “üçlüy”ü “Qızıl əlcək” (19) qapayıb.
Çempionatda ən yaxşı boksçu adına Sübhan Məmmədov layiq görülüb. Qalib Əbiyev isə ən yaxşı hakim seçilib.
Qeyd edək ki, qadın boksçuların mübarizəsinə 1 gün öncə yekun vurulub.
Azərbaycan çempionatı
Finallar
48 kq
Bilalhəbaşi Nəzərov (DYBİK) – Sübhan Məmmədov (“Arena” İK) – 0:5
51 kq
Tural Sarıyev (“Neftçi” İK) – Yadigar Əliyev (“Səbail” İK) – 2:3
54 kq
Amin Məmmədzadə (“Qızıl əlcək”) – Məsud Yusifzadə (BFL) – birinci tam üstünlüklə qalib gəlib
57 kq
Zəlimxan Süleymanov (BFL) – Ömər Aslanlı (Sumqayıt) – 0:5
60 kq
Maqsud Xasmetov (MOİK) – Elbrus Adıgözəlov (“Neftçi” İK) – ikinci döyüşə gəlməyib
63,5 kq
Malik Həsənov (“Neftçi” İK) – Ruslan Rüstəmov (BFL) – 5:0
67 kq
Nəbi İsgəndərov (“Neftçi” İK) – Zaur Qəhrəmanov (“Cənub” İK) – 5:0
71 kq
Sərxan Əliyev (“Neftçi” İK) – Nicat Həsənov (“Qızıl əlcək” İK) – 5:0
75 kq
Mirşərif Kazımzadə (“Neftçi” İK) – Rasim Çobanlı (DİN İC) – 2:3
80 kq
Murad Allahverdiyev (“Neftçi” İK) – Cəbrayıl Yelekov (Z-1 İK) – 3:2
Həmçinin oxuyun
86 kq
Seyid Seyidov (KNOUT) – Məmməd Quliyev (“Neftçi” İK ) – 5:0
92 kq
Rauf Rəhimov (“Neftçi” İK) – Surət Qarayev (“Səbail” İK) – 5:0
+92 kq
Məhəmməd Abdullayev (BFL) – Ələkbər Ələkbərov (“Cənub” İK) – birinci tam üstünlüklə qalib gəlib
Bütün mükafatçılar
48 kq
Sübhan Məmmədov (“Arena” İK) Bilalhəbaşi Nəzərov (DYBİK) Həsən Məlikov (“Neftçi” İK) Ramal Yolçuyev (“Qəbələ” İK)
51 kq
Yadigar Əliyev (“Səbail” İK) Tural Sarıyev (“Neftçi” İK) Kənan Babayev (METE İK) Raul Vəliyev (Astara)
54 kq
Amin Məmmədzadə (“Qızıl əlcək”) Məsud Yusifzadə (BFL) Kənan Əliyev (“Neftçi” İK) Ağasəlim Mustafazadə (DİN İC)
57 kq
Ömər Aslanlı (Sumqayıt) Zəlimxan Süleymanov (BFL) Kamil Babayev (METE İK) Ruslan Qədirov (MOİK)
60 kq
Maqsud Xasmetov (MOİK) Elbrus Adıgözəlov (“Neftçi” İK) Məhəmmədəli Aşurəliyev (“Zabit” İK) Şamil Əsgərov (“Neftçi” İK)
63,5 kq
Malik Həsənov (“Neftçi” İK) Ruslan Rüstəmov (BFL) Elməddin Ağayev (Şirvan) Cəlal Qurbanov (MOİK)
67 kq
Nəbi İsgəndərov (“Neftçi” İK) Zaur Qəhrəmanov (“Cənub” İK) Mehdi Həsənov (“Qızıl əlcək” İK) İlqar Salahov (“Zabit” İK)
71 kq
Sərxan Əliyev (“Neftçi” İK) Nicat Həsənov (“Qızıl əlcək” İK) Şəmsi Şahbazov (MOİK) Ziya Həsənov (Z-1 İK)
75 kq
Mirşərif Kazımzadə (“Neftçi” İK) Rasim Çobanlı (DİN İC) Novruzəli Quliyev (MOİK) Fərhad Şeydayev (MOİK)
80 kq
Murad Allahverdiyev (“Neftçi” İK) Cəbrayıl Yelekov (Z-1 İK) Elvin Qənbərov (“Neftçi” İK) Fəqan Məmmədov (“Neftçi” İK)
86 kq
Seyid Seyidov (KNOUT) Məmməd Quliyev (“Neftçi” İK ) İbrahim İsmayılov (Z-1 İK) Heydər Məmmədov (DİN İC)
92 kq
Rauf Rəhimov (“Neftçi” İK) Surət Qarayev (“Səbail” İK) Mirxəyal Məmmədov (Gəncə) Elgün Abdullayev (Gəncə)
+92 kq
Məhəmməd Abdullayev (BFL) Ələkbər Ələkbərov (“Cənub” İK) Rəşid Məmmədov (Z-1 İK) Teymur Aslanov (DİN İC)
17:16 / 16 May 2025
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edib
1
17:07 / 16 May 2025
Umico kredit xəttinin istifadəçiləri üçün xüsusi kampaniya: komissiyasız alış-veriş imkanı
5
16:42 / 16 May 2025
Alimenti verməyən qadına cinayət işi açıldı,həbs oluna bilər — Keçmiş ər-arvad məhkəmədə üz-üəzdir
210
16:11 / 16 May 2025
Baş nazir qərar imzaladı
48
15:41 / 16 May 2025
Eltisini evin mətbəxində əməliyyat edibmiş...
166
15:36 / 16 May 2025
Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı olub
38
15:18 / 16 May 2025
Alimenti ödəməyənləri hansı cəza gözləyir? — Vəkil məsuliyyəti açıqladı
100
14:38 / 16 May 2025
"Nazir teatrdan gedən kimi Mehriban Ələkbərzadə şəhid qızını təhqir elədi" - İDDİA
86
14:36 / 16 May 2025
İlham Əliyevin Tiranada Avropa İttifaqı Şurası və Avropa Komissiyasının prezidentləri ilə görüşü olub
48
14:04 / 16 May 2025
SON DƏQİQƏ! Milli Məclis tibb sahəsində qərarlar qəbul etdi
442
14:03 / 16 May 2025
Trampın 11-ci nəvəsi doğulub
65
13:30 / 16 May 2025
Parlament oğurluq, özgənin əmlakını gizli talamaya görə cəzaların sərtləşdirilməsini ilk oxunuşda qəbul edib
68
13:10 / 16 May 2025
100-dən çox “Telegram”, “TikTok” və “Instagram” kanalı bağlanıb - Seyfulla Əzimov
108
13:04 / 16 May 2025
Elgün anası ilə sonuncu dəfə nə danışıb?
821
12:42 / 16 May 2025
Milli Məclis pensiyalarla bağlı qərar qəbul edib
551
12:40 / 16 May 2025
Sabahın havası ilə bağlı açıqlama
101
12:38 / 16 May 2025
Borclularla bağlı - Yeni qayda
170
12:17 / 16 May 2025
SON DƏQİQƏ! Milli Məclis mühüm qərarlar qəbul etdi
905
12:15 / 16 May 2025
Məktəblərin bağlanma vaxtı dəyişir? - AÇIQLAMA
118
12:12 / 16 May 2025
Sumqayıtda şəhid Yusif Məmmədovla vida mərasimi keçirilib
88
12:01 / 16 May 2025
Azərbaycanda ticarət mərkəzində FACİƏ
952
11:33 / 16 May 2025
Azərbaycanda əmək haqqının ən yüksək olduğu sahələr - SİYAHI
129
11:26 / 16 May 2025
Qətl törədilmiş şəhid ailəsində daha bir - Ağır itki
105
11:16 / 16 May 2025
Gəncədə 31 yaşlı kişi restoranda bıçaqlanıb
84
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.