Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda uçqun oldu - Ölən var

CƏMİYYƏT

251

23.12.2024, 22:40

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində yarımtikilidə uçqun baş verməsi barədə məlumat daxil olub.

OXU24.COM xəbər verir ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə birmərtəbəli istifadə olunmayan köhnə yarımtikilidə dağıntı altında qalmış vətəndaş - 1989-cu il təvəllüdlü Babayev Bəhruz Əbülfət oğlunun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.