TDT-nin Baş katibindən Azərbaycana DƏSTƏK MESAJI
26 Fevral 2025, 09:50
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
728
26.12.2024, 09:50
Son günlər əhali arasında güclü qrip yayılıb. Bir çoxları iddia edir ki, bu virus koronavirusun bir növüdür. Xəstəliyə tutulan şəxslər də bu prosesi çox ağır keçirdiklərini söyləyirlər. Bəs deyilənlər nə dərəcədə həqiqəti əks etdirir?
OXU24.COM bildirir ki, sözügedən vəziyyətlə bağlı "Yeni Sabah"a açıqlama verən həkim, infeksionist Aytən Ziyadova durumun nə yerdə olduğuna aydınlıq gətirib:
"Qeyd edim ki, son dövrlərdə əhali arasında yayılan qrip və ya qripə bənzər simptomlar həqiqətən də narahatlıq doğurur. Lakin, bu virusun koronovirusun bir növü olduğunu demək doğru olmaz. Bu günlərdə ən çox rast gəlinən soyuqdəymə və qrip əlamətləri daha çox adi qrip və ya digər respirator xəstəliklər ilə bağlıdır. Hər iki xəstəlik, xüsusilə soyuq havalarda, əhali arasında tez yayıla bilər. Qrip virusu, insanlarda yuxarı tənəffüs yollarını təsir edən bir infeksiyadır və çox vaxt yüksək temperatur, boğaz ağrısı, baş ağrısı, öskürək və bədəndə ağrılarla müşayiət olunur. Koronavirus (COVID-19) isə fərqli bir virusdur və əksər hallarda daha ağır təsirlər göstərir, xüsusən tənəffüs çatışmazlığına səbəb ola bilər.
Son günlər müşahidə olunan simptomların ağır keçməsi, bir neçə faktora bağlıdır: yüksək təsirli yeni virus suşları, orqanizmin zəifləməsi, daha çox yayılma və bəlkə də mövsümi dəyişikliklər. Bu səbəbdən, qripə qarşı vaksinasiyanın vacibliyi və xəstəliyə tutulanların müalicə üçün vaxtında həkimə müraciət etməsi önəmlidir".
Həkim yayılan xəstəlikdən qorunma yolları haqqında da məlumat verib:
Həmçinin oxuyun
"Həm qrip, həm də COVID-19 üçün vaksinlər mövcuddur və bunlar infeksiyaların yayılmasının qarşısını almağa kömək edir. Həmçinin, əllərin tez-tez yuyulması və maska taxılması da çox əhəmiyyətlidir. Xüsusən xəstəlik simptomları varsa, insanlarla yaxın təmasdan qaçmaq lazımdır. Yaxşı qidalanma, kifayət qədər yuxu və fiziki fəaliyyət orqanizmi xəstəliklərə qarşı daha dözümlü edir. Qrip və digər respirator xəstəliklər üçün çoxsaylı müalicə üsulları mövcuddur, amma əgər bir şəxs ağır simptomlar göstərirsə, həkim müalicəsinin düzgün tətbiq edilməsi vacibdir. İmmuniteti gücləndirmək üçün xüsusi dərmanlar və vitaminlər təyin oluna bilər. Əgər koronavirus şübhəsi varsa, testlər və müvafiq tibbi prosedurlar təklif ediləcək. Unutmayın ki, hər hansı bir ciddi xəstəlik əlamətləri olduqda, dərhal həkimə müraciət etmək vacibdir".
Aytən Ziyadova hazırda qripin, İnfluenza virusunun A ştammının daha çox yayıldığını da bildirib:
"İnfluenza A (qrip A) virusu, qrip xəstəliyinin ən geniş yayılmış və ən çox təsir edən növüdür. İnfluenza A, insanlarda, heyvanlarda və digər canlılarda infeksiyaya səbəb ola bilər. Bu virus tənəffüs sistemi üzərində təsir göstərir və mövsümi qrip epidemiyalarına yol açar. İnfluenza A, xüsusilə mövsüm dəyişiklikləri zamanı, qış və yaz aylarında daha çox yayılaraq ciddi xəstəliklərə səbəb ola bilər.
İnfluenza A virusu, həm H, həm də N adlandırılan iki əsas proteindən ibarətdir. H (hemaglutinin) və N (neyraminidaz) zülalları virusun hüceyrələrə bağlanmasını və yayılmasını təmin edir. Bu zülalların müxtəlif kombinasiyaları yeni və daha təhlükəli suşların yaranmasına səbəb ola bilər. Virus, infeksiyaya yoluxmuş şəxslərin öskürək və ya asqırıqla yaydığı damcılar vasitəsilə, həmçinin əşyalar və səthlər üzərində uzun müddət qalan virus hissəcikləri ilə yayılır. Bu səbəbdən, əllərin tez-tez yuyulması və maska taxılması tövsiyə edilir. İnfluenza A-nın əsas simptomları arasında yüksək hərarət (40°C-yə qədər), baş ağrısı, boğaz ağrısı, əzələ ağrıları, yorğunluq, öskürək, burun tutulması, bəzən mədə-bağırsaq problemləri (mədə bulantısı, qusma, ishal) yer alır".
17:16 / 16 May 2025
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edib
1
17:07 / 16 May 2025
Umico kredit xəttinin istifadəçiləri üçün xüsusi kampaniya: komissiyasız alış-veriş imkanı
5
16:42 / 16 May 2025
Alimenti verməyən qadına cinayət işi açıldı,həbs oluna bilər — Keçmiş ər-arvad məhkəmədə üz-üəzdir
210
16:11 / 16 May 2025
Baş nazir qərar imzaladı
48
15:41 / 16 May 2025
Eltisini evin mətbəxində əməliyyat edibmiş...
166
15:36 / 16 May 2025
Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı olub
38
15:18 / 16 May 2025
Alimenti ödəməyənləri hansı cəza gözləyir? — Vəkil məsuliyyəti açıqladı
100
14:38 / 16 May 2025
"Nazir teatrdan gedən kimi Mehriban Ələkbərzadə şəhid qızını təhqir elədi" - İDDİA
86
14:36 / 16 May 2025
İlham Əliyevin Tiranada Avropa İttifaqı Şurası və Avropa Komissiyasının prezidentləri ilə görüşü olub
48
14:04 / 16 May 2025
SON DƏQİQƏ! Milli Məclis tibb sahəsində qərarlar qəbul etdi
442
14:03 / 16 May 2025
Trampın 11-ci nəvəsi doğulub
65
13:30 / 16 May 2025
Parlament oğurluq, özgənin əmlakını gizli talamaya görə cəzaların sərtləşdirilməsini ilk oxunuşda qəbul edib
68
13:10 / 16 May 2025
100-dən çox “Telegram”, “TikTok” və “Instagram” kanalı bağlanıb - Seyfulla Əzimov
108
13:04 / 16 May 2025
Elgün anası ilə sonuncu dəfə nə danışıb?
821
12:42 / 16 May 2025
Milli Məclis pensiyalarla bağlı qərar qəbul edib
551
12:40 / 16 May 2025
Sabahın havası ilə bağlı açıqlama
101
12:38 / 16 May 2025
Borclularla bağlı - Yeni qayda
170
12:17 / 16 May 2025
SON DƏQİQƏ! Milli Məclis mühüm qərarlar qəbul etdi
905
12:15 / 16 May 2025
Məktəblərin bağlanma vaxtı dəyişir? - AÇIQLAMA
118
12:12 / 16 May 2025
Sumqayıtda şəhid Yusif Məmmədovla vida mərasimi keçirilib
88
12:01 / 16 May 2025
Azərbaycanda ticarət mərkəzində FACİƏ
952
11:33 / 16 May 2025
Azərbaycanda əmək haqqının ən yüksək olduğu sahələr - SİYAHI
129
11:26 / 16 May 2025
Qətl törədilmiş şəhid ailəsində daha bir - Ağır itki
105
11:16 / 16 May 2025
Gəncədə 31 yaşlı kişi restoranda bıçaqlanıb
84
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.