TDT-nin Baş katibindən Azərbaycana DƏSTƏK MESAJI
26 Fevral 2025, 09:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
804
31.12.2024, 09:35
Dekabrın 25-də Aktau şəhərində AZAL-ın qəzaya uğrayan təyyarəsinin mərhum pilotu, Azərbaycanın Milli Qəhrəmanı İqor Kşnyakinin oğlu Oleq Kşnyakin Media.az saytına müsahibə verib.
Hazırda Rusiyada yaşayan Oleq Kşnyakin müsahibəsində atası bağlı xatirələrini bölüşüb.
O, atasının üzügülər, mehriban, hər kəsin qəlbində parlaq iz qoyan insan olduğunu deyib.
Bildirib ki, atasının pilot kimi hekayəsi gəncliyində Bakı səmasında uçan təyyarələri seyr etməkdən başlayıb. Bu onun gələcək taleyini müəyyənləşdirib. Ürəyində pilot olmaq arzusunu göyərdib.
Oleq Kşinyakin bildirirb ki, atası Bakıdakı 104 nömrəli məktəbdə oxuyub. Onun anası ilə də məhv burrda tanış olub.
80-ci illərdə isə atası ilk arzusunu reallaşdırıb: Sasovo Mülki Aviasiya Uçuş Məktəbinə qəbul olunub və An-2 təyyarəsində ilk dəfə səmaya qalxıb.
Daha sonra sevdiyi qadınla ailə qurub. Toydan dərrhal sonra pilot kimi Yevlaxda işə başlayıb. 1984-cü ildə isə o, yəni ilk övladı doğulub.
Oleq Kşnyakin bildirib ki, aviasiya atası üçün sadəcə bir iş yox, bir çağırış olub. Peşəkar olmaq arzusu iıə öncə Buquruslan Mülki Aviasiya Uçuş Məktəbində Yak-40 təyyarəsinin idarəçiliyini öyrənib. Uçuş təcrübəsi ilə paralel Sankt-Peterburq Dövlət Hidrologiya İnstitutunda ali təhsil alıb.
Daha sonra isə fəaliyyətini AZAL Hava Yollarında davam edib və burada təyyarə komandiri vəzifəsinə qədər yüksəlib.
1997-ci ildə onun ikinci övladı -anasının adını daşıyan sevimli qızı Natalya doğulub. Pilot atası kimi o da aviasiyanı özünə məslək seçib. Natalya hazırda AZAL Lounge-da çalışır və ailə ənənəsini davam etdirir.
Həmçinin oxuyun
2000-ci illərin əvvəllərində isə İqor Kşnyakinin karyerasında daha bir yeni səhifə açılıb. O, Embraer 190 da daxil olmaqla xarici təyyarələrin idarəçiliyini mənimsəmək üçün Fransaya göndərilib. Təəssüf ki, bu təyyarə onun uçuş karyerasında sonuncu olub...
Oğlu bildirib ki, ki, atası həmişə onunla fəxr edib, oğlunun da pilot olmasını arzulayıb:
"Atam öz təcrübəsini mənə ötürdü, həmişə bu peşə haqqında mənə məhəbbətlə danışdı və məni ruhlandırdı".
Bu səbəbdən o da Milli Aviasiya Akademiyasının uçuş şöbəsinə daxil olub. Hazırda UTAIR aviaşirkətinin mülki aviasiya sistemində çalışır.
Oleq Kşnyakin onu da qeyd edib ki, o, atasının birr arzusunu da həyata keçirib, bakılı xanımla ailə qururb:
"Atamı mənim Bakılı qızla evlənməyim çox ayrıca xoşbəxt eləyirdi. Xanımım rus əsilli olsa da, Azərbaycan mədəniyyəti mühitində böyüyüb, dili mükəmməl bilir, adət-ənənələrə dəyər verir. Bu gün ailəmizin üçüncü nəsli Azərbaycan adət-ənənələri ruhunda böyüyür. Babalarının yolu ilə getmək arzusunda olan nəvələri aviasiyaya həqiqi maraq göstərirlər".
O, atası ilə son görüşünü isə belə xatırlayır:
"Onun məni necə qarşıladığını heç vaxt unutmayacağam. Məni möhkəm qucaqladı, mənimlə qürur duyduğunu dedi. Onunla bağlı xatirələr, birgə səyahətlərimiz yadıma düşür. Bir yerdə balığa gedirdik. Piknik eləməyimiz xoşbəxt uşaqlığımın bir parçasıdır. Onunla bağlı xoş xatirələr, anılar ürəyimdə əbədi qalacaq.
Atamın müdrik məsləhətləri, düzgün tövsiyələroi mənim yol göstərən ulduzum oldu. O, son əməlləri, cəsur davranışı ilə əsl qəhrəman, əsl Azərbaycan oğlu adını təsdiqlədi".
12:16 / 13 Dekabr 2025
21
12:08 / 13 Dekabr 2025
24
11:44 / 13 Dekabr 2025
33
11:30 / 13 Dekabr 2025
48
11:09 / 13 Dekabr 2025
573
11:07 / 13 Dekabr 2025
253
10:25 / 13 Dekabr 2025
785
09:15 / 13 Dekabr 2025
749
09:06 / 13 Dekabr 2025
341
08:45 / 13 Dekabr 2025
118
08:37 / 13 Dekabr 2025
140
00:28 / 13 Dekabr 2025
138
00:14 / 13 Dekabr 2025
1055
00:01 / 13 Dekabr 2025
694
23:20 / 12 Dekabr 2025
624
23:12 / 12 Dekabr 2025
109
22:41 / 12 Dekabr 2025
13692
22:05 / 12 Dekabr 2025
146
21:58 / 12 Dekabr 2025
2913
21:45 / 12 Dekabr 2025
135
19:31 / 12 Dekabr 2025
1139
19:20 / 12 Dekabr 2025
2251
19:04 / 12 Dekabr 2025
1325
19:02 / 12 Dekabr 2025
185
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.