Qaynar xətt:

(+99450) 247 90 86

Kəmaləddin Heydərov xanım generalın ən yaxın adamını işdən çıxardı

2025/01/23/1737653436_1737651723_resize-4.jpg

CƏMİYYƏT

906

23.01.2025, 21:27

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kadr siyasəti Baş idarəsinin Xüsusi Rütbəlilərlə Qəbul Şöbəsinin rəisi vəzifəsindən azad edilib.

OXU24.COM  xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Nazirin müvafiq əmri ilə polkovnik Şahin Orucov sözügedən şöbənin rəisi vəzifəsindən azad olunub.

Məlumata görə, FHN-də polkovnik Şahin Orucov Kadr siyasəti Baş İdarəsinin rəisi, general-mayor Sevda Şirinovanın yaxın adamı hesab olunub. Sevda Şirinova onun vəzifəsində saxlanmasına çalışsa da, bu baş tutmayıb.