Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları buraxılıb

MARAQLI

1141

20.05.2024, 17:54

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən yenilənmiş 1 qəpiklik metal pul nişanları tədavülə buraxılıb.

 

Oxu24.com  xəbər verir ki, tədavülə buraxılan yenilənmiş 1 qəpiklik metal pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Dövlət gerbi, eləcə də pul nişanının istehsal ili əks olunub

 

Yenilənmiş 1 qəpiklik metal pul nişanının digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.

 

Yenilənmiş 1 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.