Qaynar xətt:

(+99450) 247 90 86

Quş sürüsü təyyarənin qarşısın kəsdi - VİDEO

MARAQLI

445

21.05.2024, 18:41

Quş sürüsü təyyarəyə çətin anlar yaşadıb.

 

Oxu24.com xəbər  verir ki, hadisə Türkiyədə baş verib.

 

Günorta saatlarında İstanbulun  Sabiha Gökçen hava limanında uçuş-enmə zolağında çoxlu sığırğa görünüb. Bunun üzərinə hava limanına enmək istəyən təyyarələrə eniş icazəsi verilməyib və təyyarələr havada dövrə vurmaq məcburiyyətində qalıb.

 

Yanacaq böhranı yaşayan Ajet-in Mardin-Sabiha Gökçen, Diyarbəkir-Sabiha Gökçen və Qaziantep-Sabiha Gökçen reysləri İstanbul Hava Limanına istiqamətləndirilib.

 

Səlahiyyətlilər uçuş-enmə zolağındakı sığırcıkları çıxarmaq üçün uçuş trafikini bir müddət dayandırıb. Quş sürüsü uçuş-enmə zolağından çıxdıqdan sonra reyslərin hərəkəti yenidən açılıb.

 


 

 

Nigar