Milyonlarla insan eyni səhvi edir - Səhər oyanan kimi bunu etmək...
17 Dekabr 2025, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
1153
05.02.2025, 16:39
Titikaka gölü — dünyanın ən hündürdə yerləşən gölüdür. 8288 kvadrat km sahəyə sahib olan göl And dağlarının Altiplano adı verilən platosunda, Peru və Boliviya arasında yerləşir. Cənubi Amerikanın ən böyük şirin sulu gölüdür. Tektonik çatlar nəticəsində əmələ gəlmişdir.
Qərb sahili Peruya, şərq sahili isə Boliviyaya aiddir. Titikaka Gölü, ticarət gəmilərinin də üzdüyü bir göldür. Tibet platosunda ondan daha yüksəkdə yerləşən göllər olsada böyüklüyünə görə (4000 metr yüksəklikdə) birincidir. Dəniz səviyyəsindən yüksəkliyi 3810 metr olub 194 km uzunluğa və 65 km enə malikdir. Orta dərinliyi 140-180 metr arasındadır. Bəzi yerlilər dibsiz olduğunu iddia etsələr də, ən dərin yeri 280 metrdir. 25-dən çox çay bu gölə tökülür. İnk mədəniyyətinin izlərini saxlayan Günəş Adası daxil irili xırdalı bir çox adacığı əhatə edir. Ətrafında yaşayan xalq üçün göldə edilən balıqçılıq əhəmiyyətli bir dolanışıq mənbəyidir.
Adının haradan gəldiyi qəti olaraq bilinməməklə birlikdə iki Aymara sözünün yan-yana gəlməsindən meydana gəlmişdir. Titi "böyük pişik" , Kak isə " qaya " mənasını verir və tərcüməsi Puma qayasında olaraq başa düşülür.
Əfsanəyə görə ilk İnk Kralı Manco CAPAC Günəş Adasında ilk olaraq , pişik başını xatırladan bir qayaya rast gəlir. Göl xəritəsinə başı aşağı baxıldığında, yatan pişik forması ayırd edilə bilər. Buna qarşı Quechua dili Titi " güllə" və ya " güllə rəngi" qaqa isə " qaya " deməkdir. Yəni "kurşini (güllə rəngi) qaya".
Titikaka gölünün xarakteristika xüsusiyyətlərindən biri üzən adacıqlardır. Bu adalarda yaşayanlara “Uros” adı verilmişdir. Uros, üzən adacıqları döyüşçü İnklərdən qorunmaq məqsədilə, bölgəyə xas Totora adlı bir bitkini çarpaz olaraq bir araya gətirərək meydana gətirərlər. Üzərində sadə tikililər də inşa etdikləri bu adacıqları balıq ovunda istifadə edərlər. Uros, ənənəvi həyat şəkilləriylə qürur duyarlar. Turistlərin yellənən adalarını ziyarət etməsinə icazə verirlər.
Həmçinin oxuyun
Peruya aid Taquile adasında bu gün təxminən 1600 Kecua yaşamaqdadır. Bu 5,5 km uzunluğunda və 1,6 km enə malik adada yaşayan xalq, gəlmələrdən gizləndikləri üçün çox sonralar aşkarlanmışlar. Hörgük hörən kişiləri səbəbiylə adalardan birinə hörgü hörən kişilər adası adı da verilir. Gölün Boliviya tərəfində müqəddəs adalar, Günəş Adası və Ay Adası vardır. Hər ikisində də kiçik ənənəvi kənd və çox sayda köhnə xaraba mövcuddur. Uros adacıqları panoramik görünüşü ilə insanları özünə cəlb edir.
Titikaka Gölü, bir sıra nadir rast gəlinən heyvana həyat mühiti təqdim edir. Bunlardan biri Titikaka dalğıcı deyilən quşdur. Bu quşun maraqlı tərəfi, kiçik qanadları səbəbiylə uça bilməməsidir. Təhlükə anında suyun üstündə sürətli addımlar ataraq və çox güclü qanad çırpmalarla qaçır. Ancaq bu qanad çırpmalara baxmayaraq quş uça bilmir. Digər bir endemik canlı isə Titikaka qurbağasıdır.
10:42 / 17 Dekabr 2025
3
10:36 / 17 Dekabr 2025
73
10:21 / 17 Dekabr 2025
23
10:15 / 17 Dekabr 2025
21
10:14 / 17 Dekabr 2025
21
09:01 / 17 Dekabr 2025
250
08:45 / 17 Dekabr 2025
36
07:45 / 17 Dekabr 2025
53
07:38 / 17 Dekabr 2025
59
01:40 / 17 Dekabr 2025
97
01:15 / 17 Dekabr 2025
90
00:55 / 17 Dekabr 2025
101
00:36 / 17 Dekabr 2025
103
00:32 / 17 Dekabr 2025
113
00:24 / 17 Dekabr 2025
187
23:40 / 16 Dekabr 2025
1567
23:04 / 16 Dekabr 2025
1560
22:25 / 16 Dekabr 2025
117
22:19 / 16 Dekabr 2025
1355
22:05 / 16 Dekabr 2025
131
20:53 / 16 Dekabr 2025
2104
20:13 / 16 Dekabr 2025
897
20:07 / 16 Dekabr 2025
367
20:05 / 16 Dekabr 2025
387
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.