Bu BÜRCLƏR üçün möhtəşəm dövr başlayır - Cəmi 1 gün sonra!
12 Dekabr 2025, 23:12
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
592
11.03.2025, 16:40
Böyük Britaniya və ABŞ-dan olan beynəlxalq paleontoloqlar qrupu təxminən 50 il əvvəl Şotlandiyanın Skye adasında tapılan fosilləri tədqiq ediblər.
Oxu24.com xəbər verir ki, mütəxəssislər təxminən 166 milyon il əvvəl yaşamış qədim dinozavrların yeni növünü araşdırdıqları qənaətinə gəliblər.
Tədqiqat Edinburq Kral Cəmiyyətinin Earth and Environmental Science Transactions (EEST) elmi jurnalında dərc olunub.
"Elqol dinozavrı" ləqəbi ilə tanınan fosil 1973-cü ildə uçurumun ətəyində aşkar edilib.
Lakin mürəkkəb ərazidə yerləşdiyi üçün onu yalnız 2018-ci ildə çıxarmaq mümkün olub. Tapıntıya onurğa sütunu, qabırğa və bud sümüyünün fraqmentləri daxildir və Şotlandiyada indiyə qədər aşkar edilmiş ən tam dinozavr fosili, həm də ən qədimi hesab edilir.
Tədqiqatçılar dinozavrın Yura və Təbaşir dövrlərində yaşamış bitki yeyən dinozavrlar qrupuna aid ola biləcəyini bildiriblər. Əgər ornitopod olduğu təsdiqlənərsə, tapıntı bu qrupun dünyanın ən qədim fosillərindən biri ola bilər.
Həmçinin oxuyun
Bu kəşf dinozavrların təkamülünü və onların Yura ekosistemindəki rolunu öyrənmək üçün yeni üfüqlər açır.
Bundan əvvəl alimlər təbaşir dövrünün nəhəng dinozavrlarının təkamülünün sirrini açmışdılar.
Miri
01:21 / 14 Dekabr 2025
213
00:52 / 14 Dekabr 2025
258
00:43 / 14 Dekabr 2025
85
00:04 / 14 Dekabr 2025
126
23:47 / 13 Dekabr 2025
729
23:44 / 13 Dekabr 2025
44
23:30 / 13 Dekabr 2025
54
22:45 / 13 Dekabr 2025
317
22:30 / 13 Dekabr 2025
98
22:28 / 13 Dekabr 2025
115
22:22 / 13 Dekabr 2025
124
22:11 / 13 Dekabr 2025
244
21:58 / 13 Dekabr 2025
404
21:34 / 13 Dekabr 2025
1067
21:21 / 13 Dekabr 2025
84
21:19 / 13 Dekabr 2025
113
21:15 / 13 Dekabr 2025
82
21:02 / 13 Dekabr 2025
75
20:49 / 13 Dekabr 2025
379
20:44 / 13 Dekabr 2025
97
20:36 / 13 Dekabr 2025
86
20:26 / 13 Dekabr 2025
81
20:01 / 13 Dekabr 2025
288
19:53 / 13 Dekabr 2025
101
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.