Bu BÜRCLƏR üçün möhtəşəm dövr başlayır - Cəmi 1 gün sonra!
12 Dekabr 2025, 23:12
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
440
05.05.2025, 18:15
Yeni həftəyə daxil olarkən göy üzündəki planet hərəkətləri bir sıra bürclərə güclü dəstək göndərir.
Musavat.com xəbər verir ki, mayın ilk tam həftəsi enerjisi ilə xüsusilə fərqlənəcək: bəzi bürclər üçün qapılar açılır, fürsətlər artır, münasibətlər isə yeni mərhələyə keçir. Gözlənilməz xoş xəbərlər, uğurlu təsadüflər və şəxsi inkişaf imkanları ilə dolu bu həftədə şans ulduzu parlayan bürclər artıq bəlli olub.
Bəs bəs bu həftə kimlərin yolları açılır? Kimlər həyatının yeni fəslinə qədəm qoyur?
Musavat.com ulduzların dəstəyini alan ən şanslı bürcləri təqdim edir:
Həmçinin oxuyun
Bu həftə doğum günləri yaxınlaşan və ya qeyd edən Buğalar üçün ulduzlar adeta əl-ələ verib. Günəşin bürcünüzdə olması sizə daxili güc, özünəinam və yeni başlanğıclar üçün ideal şərait yaradır. Maddi məsələlərdə uğurlar, sevgi həyatında isə sabitlik və dərinlik mümkündür. İdeya və planlarınızı reallaşdırmaq üçün göy üzü sizdən yanadır.
Şirlər üçün parlaq və enerjili bir həftə başlayır! Mars və Yupiterin dəstəyi ilə təşəbbüskar olmağınız sizə həm karyera, həm də şəxsi həyatda sürətli inkişaf və xoş sürprizlər gətirə bilər. Bu həftə diqqət mərkəzində olacaqsınız. Yeni təkliflər, kreativ layihələr və tanışlıqlar gündəmə gələ bilər.
Sakit görünən Oğlaqlar üçün bu həftə gözlənilməz fürsətlərlə doludur. Əmək və zəhmətinizin bəhrəsini görməyə başlayırsınız. Xüsusilə maliyyə və karyera sahəsində sıçrayış edə bilərsiniz. Eyni zamanda, ailə və yaxın ətrafla bağlı sizi sevindirəcək xəbərlər mümkündür. Həyatınıza müsbət dəyişikliklər gəlir.
18:43 / 15 Dekabr 2025
217
18:36 / 15 Dekabr 2025
30
17:51 / 15 Dekabr 2025
46
17:37 / 15 Dekabr 2025
598
17:14 / 15 Dekabr 2025
68
17:08 / 15 Dekabr 2025
61
16:59 / 15 Dekabr 2025
153
16:49 / 15 Dekabr 2025
574
16:40 / 15 Dekabr 2025
128
16:26 / 15 Dekabr 2025
124
16:16 / 15 Dekabr 2025
95
15:55 / 15 Dekabr 2025
183
15:45 / 15 Dekabr 2025
490
15:20 / 15 Dekabr 2025
660
15:17 / 15 Dekabr 2025
119
15:00 / 15 Dekabr 2025
570
14:53 / 15 Dekabr 2025
2029
14:48 / 15 Dekabr 2025
87
14:39 / 15 Dekabr 2025
92
14:19 / 15 Dekabr 2025
564
14:13 / 15 Dekabr 2025
300
14:11 / 15 Dekabr 2025
95
13:00 / 15 Dekabr 2025
841
12:42 / 15 Dekabr 2025
1319
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.