Qaynar xətt:

(+99450) 247 90 86

Səndən Şerlok olarmı? – Məntiq testi

MARAQLI

1201

13.07.2019, 11:00

\"\"  Bu məntiqi məsələni həll edə bilmək üçün sizin mürəkkəb səbəb-nəticə əlaqələri qurmaq bacarığınız olmalıdır. Məntiq zəncirinin halqalarının birində səhv olarsa, bütün proses boşa çıxacaq. Görək, cavabı tapmaq üçün sizin məntiqiniz və səbriniz kifayət edəcəkmi? Məsələ Ağır bir cinayətə görə 3 nəfər şübhəli şəxs saxlanılıb. Onlardan birincisi qoca kişi, ikincisi sadə şəhər sakini, üçüncüsü – məşhur fırıldaqçıdır. Saxlanılan şəxslərin adları belədir: Əhməd, Məmməd, Həsən. Amma hansı adın kimə məxsus olduğu bilinmir. Saxlanılan şəxslər polisə ifadələrində belə deyiblər: Əhməd: “Cinayəti mən etməmişəm. Məmməd də etməyib”. Məmməd: “Bu, Əhmədin işi deyil. Həsən edib”. Həsən: “Bunu mən etməmişəm. Cinayəti Əhməd törədib”. Araşdırma zamanı məlum olub ki, qoca düzünü deyib, fırıldaqçı yalan danışıb. Sadə vətəndaşın dediyi fikirlərdən isə biri yalan, o biri düzdür. Şübhəli şəxslərin adlarını dəqiqləşdirib, cinayəti kimin törətdiyini tapa bilərsinizmi? Cavablarınızı yazının alt hissəsində şərh bölümündə qeyd edin.Doğru cavab bazar ertəsi adminlik tərəfindən həmin hissədə qeyd ediləcək.