Qaynar xətt:

(+99450) 247 90 86

Yatarkən telefonu yastığın altında qoymayın - XƏBƏRDARLIQ!

MARAQLI

1279

04.01.2023, 22:19

Yuxu zamanı telefonu yastığın altında saxlamaq təhlükəlidir, bu, sağlamlığa mənfi təsir göstərə bilər.

Oxu24.com  “RİA Novosti”yə  istinadən   xəbər verir ki, bu haqda Rospotrebnadzor Əhalinin Sanitariya Rifahı Departamentinin rəis müavini Andrey Quskov açıqlama verib.

İş ondadır ki, cib telefonu beyinə mənfi təsir göstərən elektromaqnit sahəsi yayır.

“İstənilən mobil telefon öz işinin gedişində radiotezlik diapazonunun elektromaqnit sahəsini yayır, bu, mobil telefonun nəzərdə tutulan məqsədidir, çünki o, baza stansiyalarına qoşulmalıdır”, - deyə  ekspert izah edib.

Quskovun sözlərinə görə, insan beyni son dərəcə həssasdır və telefonun verdiyi elektromaqnit şüalanmasına məruz qalır.

Bu baxımdan mütəxəssis telefonu yuxu zamanı, məsələn, çarpayının yanındakı komodinin üstünə qoymağı məsləhət görüb. Eyni zamanda, telefondan insana olan məsafə mümkün qədər çox  olmalıdır.

Bu səbbədən də yatarkən telefonu yastığın altına qoymayın.

Tərcümə:Nigar