Bu ölkə də Rusiya əleyhinə ÇIXDI: Regionun taleyi sual altındadır - POLİTOLOQLA MÜSAHİBƏ
13 Dekabr 2025, 13:07
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
2002
13.02.2025, 16:27
Fərid Hüseynov, Birbank-ın Baş İcraçı direktoru:“Birbank Bir ekosisteminin mərkəzindədir və bu təqdimat yeni bir dövrün başlanğıcıdır!”
Xəbər verdiyimiz kimi PAŞA Holdinq tərəfindən yaradılan və ölkənin biznes və maliyyə mühitinə yeni bir nəfəs gətirən Bir ekosistemi ictimaiyyətə təqdim olundu. Bu ekosistem, holdinqin aparıcı şirkətlərini bir araya gətirərək müştərilərə daha rahat və inteqrasiya olunmuş xidmət təcrübəsi təqdim etməyi hədəfləyir. Birbank, ekosistemin mərkəzi sütunlarından biri olaraq müştərilərin maliyyə ehtiyaclarını ödəməklə yanaşı, digər xidmətlərə də asan və təhlükəsiz çıxış imkanı yaradır.
Qeyd edək ki, Bir ekosistem maliyyə, e-ticarət və rəqəmsal ödəniş sahələrində müştərilərin etibarını qazanmış Birbank, Umico, m10 və MilliÖn brendlərini vahid çətir altında birləşdirərək bu brendlərin təqdim etdiyi xidmətləri müştərilər üçün daha rahat, əlçatan və inteqrasiya olunmuş şəkildə təqdim edir.
Bununla yanaşı, Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarlarla da müştəri təcrübəsini daha da zənginləşdirir.
Birbank isə bu ekosistemdə müştərilərə kredit, depozit, ödənişlər və digər bank xidmətləri təqdim etməklə yanaşı, onlara Umico-da Birbank krediti ilə alış-veriş etmək, “Trendyol Azərbaycan”da “Birbank” taksit kartları ilə ödəmək və digər xidmətlərdən faydalanmaq imkanı da yaradır.
Qeyd edək ki, Bir ekosistem müştərilər üçün innovativ həllər təqdim etmək məqsədilə Vahid giriş, bonus, ödəniş və kredit olmaqla dörd əsas yenilikçi konsept üzərində qurulub. Bu konseptlər müştərilərə ekosistem daxilində daha sürətli, rahat, sərfəli və təhlükəsiz xidmətlərdən yararlanmaq imkanı təqdim edir.
Həmçinin oxuyun
Tədbirdəki çıxışı zamanı Birbank-ın İdarə Heyətinin sədri, Baş icraçı direktoru Fərid Hüseynov, Bir ekosistemin gələcək inkişaf istiqamətlərini vurğulayaraq qeyd edib: “Birbank olaraq böyük ekosistemin bir hissəsi olmaqdan qürur duyuruq. Uzun müddətdir böyük bir komanda olaraq müştərilərimizə daha rahat, sürətli və innovativ həllər təqdim etmək üçün çalışırdıq. Bu gün isə Bir ekosistemi rəsmi olaraq müştərilərimizin ixtiyarındadır. Bir sözlə, bu sadəcə bir təqdimat deyil, tamamilə yeni bir dövrün başlanğıcıdır!”.
Bir ekosisteminin rəsmi təqdimat mərasimində, ekosistemi təşkil edən digər şirkətlərin, Umico, M10 və MilliÖn-ün Baş icraçı direktorları da çıxış edərək, öz şirkətlərinin bu inteqrasiyadakı rolunu vurğulayıblar. Həmçinin, tədbirdə brendin fəlsəfəsi və 2025-ci il üçün bazara təqdim ediləcək yeni məhsulların xüsusiyyətləri barəsində ekosistemin müvafiq sahələr üzrə rəhbərləri tərəfindən ətraflı məlumat verilib.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi,118 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir.
Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
15:47 / 13 Dekabr 2025
10
15:39 / 13 Dekabr 2025
21
15:08 / 13 Dekabr 2025
783
14:50 / 13 Dekabr 2025
42
14:38 / 13 Dekabr 2025
62
14:28 / 13 Dekabr 2025
59
14:22 / 13 Dekabr 2025
54
14:12 / 13 Dekabr 2025
173
13:14 / 13 Dekabr 2025
577
13:07 / 13 Dekabr 2025
323
12:58 / 13 Dekabr 2025
178
12:16 / 13 Dekabr 2025
988
12:08 / 13 Dekabr 2025
114
11:44 / 13 Dekabr 2025
77
11:30 / 13 Dekabr 2025
94
11:09 / 13 Dekabr 2025
924
11:07 / 13 Dekabr 2025
405
10:25 / 13 Dekabr 2025
1122
09:15 / 13 Dekabr 2025
879
09:06 / 13 Dekabr 2025
743
08:45 / 13 Dekabr 2025
135
08:37 / 13 Dekabr 2025
160
00:28 / 13 Dekabr 2025
160
00:14 / 13 Dekabr 2025
1122
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.