Bu ölkə də Rusiya əleyhinə ÇIXDI: Regionun taleyi sual altındadır - POLİTOLOQLA MÜSAHİBƏ
13 Dekabr 2025, 13:07
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
2013
29.04.2025, 18:14
Oxu24.com xəbər verir ki,Musavat.com-un əməkdaşı Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə Həşimovanın evində olub və şəhid general-mayorla bağlı söhbətləşib.
Ana söhbətə oğlunun uşaqlıq dövründən danışmaqla başlayır. O, övladının fotosunu göstərərək “bu şəkil Polad baxçaya gedərkən çəkilib. Baxın, qucağında avtomat da var”, - deyə divardakı fotoya işarə edir.
Səmayə xanım evinin demək olar ki, bütün otaqlarını general oğlunun xatirəsinə həsr edib. Uşaqlıq və gənclik şəkilləri, büst, portretlər, sağlığında geyindiyi hərbi formalar – hamısı Milli Qəhrəmanın həyatının bir anından xəbər verir.
Səmayə xanım asta-asta sözlərinə davam edir:
- Biz bu evə köçəndə Poladın 2 yaşı var idi. O, bağçaya bu evdən gedib. Poladın qeyri-adi uşaqlıq hərəkəti var idi. Dərin düşüncəli idi. Yadımdadır, Sumqayıt hadisələri olanda mən zavodda işləyirdim. Elə olurdu ki, gecə növbəsində olurdum. Uşaqlarımı evdə qoyub, qapını bağlayıb, işə gedirdim. Deyirdim, saat 5-də atanız evə gələcək. Oturub dərslərinizi hazırlayın.
Ataları hər gün onların dərsləri ilə məşğul olurdu. Bir-bir uşaqları çağırırdı, onlar da ataya dərs danışırdılar. Biz uşaqları heç vaxt özbaşına buraxmamışıq.
Qarışıq dövr idi deyə Poladın evdən çıxmasına etiraz edirdim. O isə deyirdi ki, “ana, görüm rusun əsgəri azərbaycanlılara nə zülm edir. Mən bunu bilməliyəm, qoymaram ki, bu haqsızlıq yerdə qalsın. Uşaq ağlı ilə belə sözlər deyirdi. Yalan və oğurluqla arası olmazdı. Polad haqq adamı idi.
Səmayə xanım danışdıqca baxışları zaman-zaman şəkillərə ilişir, gah susur, gah da dərin fikrə gedir:
- Poladın hüquqşünas olmağını istəyirdim. Bilirdik ki, sənədlərini versə, qəbul olunacaq, savadlı idi.
Bir dəfə məktəbdən gələndə dedi: “Tarix müəllimimiz Habil müəllim deyir ki, orduda çatışmazlıq var. Kişi o oğula deyirəm ki, hərbi məktəbə getsin”.
Həmçinin oxuyun
Habil müəllim də yaxşı bilirdi ki, Polad haraya hazırlaşır və nəyə qadirdir. Mən dedim ki, hərbi sahəni seçmə. Dedi: “sənədlərimi verim, özümü yoxlayım, girməsəm, hüququn imtahanını verərəm”. Polad kimi savadlı uşağı kim buraxardı. Bununla da həyatı hərbiyə bağlandı. Hərbçi olmasaydı, hüququ seçsəydi yenə o hörməti qazanacaqdı.
Evindən yığıb əsgərinə aparan adam necə olardı... Elə əsgərlər var ki, Polad onlar üçün həm ata, həm ana, həm qardaş olub. Bunu necə danmaq olar... O, səngərdə yatan general idi. Onun necə oğul olduğunu xalq bilir. Orduda sevə-sevə çalışırdı. Eşitsəydi ki, evində bir faciə baş verib, döyüşdən ayrılmazdı. Böyütdüyüm uşağı yaxşı tanıyıram.
Ana başını qaldırıb yuxarıdakı rəfə düzdüyü kitablara baxır və əlavə edir:
- Onun haqqında yazılan kitabları bəyənmədim. Polad bir tarixdir, uşaqlar general haqqında daha çox şeyi bilməlidirlər. Məktəblərin foyesində Polad Həşimovun şəkli olmalıdır. Bir generalın ölümü bilirsiniz nə deməkdir?! Bu, çox böyük itkidir. Çəkilən filmlər də məni qane etmir.
Əlini oğlunun portretinə qoyub sonuncu görüşündən danışır:
- 2020-ci ilin mart ayında görüşdük. Pandemiya idi. Telefonla hər gün danışırdıq. Dedi: “Ana, pandemiyadır, gələ bilmirəm. Uşaqlarımın heç biri yoluxmayıb. İnşallah tutmayacaq, qoymaram. Onlara elə keyfiyyətli qidalar yedizdirirəm ki. Gündəlik hamısından xəbərim var”. Uşaqları deyərkən əsgərlərini nəzərdə tuturdu.
Sonuncu dəfə iyul ayında danışdıq. İyulun 11-i dedi ki, 14-ü axşam evdə olacaq... Həmişə elə bilirəm ki, 14-ü gələcək və yeni işinə çıxacaq.
İstədiyinə çatdı, deyirdi, köçkünləri özü evlərinə qaytaracaq. Tək arzusu vətən idi. Sinəsinə vurub: ”Ana, görərsən oğlun nə edəcək” deyirdi.
Səmayə ana söhbətinə fasilə verib yenə şəkillərə yaxınlaşır:
- Qalanlarını o biri otağa yığmışam. Bu büstü isə Təbrizdən göndəriblər.
Bu şəkilin qəribə tarixçəsi var: Şəhid anası evimizə gəldi, dedi, oğlu tarix müəllimi imiş. Yeni işinə başlayacaqmış. Deyib, generalın qisasını alıb, sonra işləyəcək. Müharibəyə gedib, o da şəhid olub. Ona görə də Poladla həmin müəllimin şəklini yanaşı qoymuşuq. Oğlumun məzarını hələ bir dəfə boş görməmişəm. Hər dəfə gedəndə məzarı başında insanları görürəm.
16:39 / 16 Dekabr 2025
1
16:00 / 16 Dekabr 2025
46
15:56 / 16 Dekabr 2025
35
15:54 / 16 Dekabr 2025
26
15:49 / 16 Dekabr 2025
33
15:46 / 16 Dekabr 2025
52
15:13 / 16 Dekabr 2025
741
15:06 / 16 Dekabr 2025
55
14:59 / 16 Dekabr 2025
163
14:29 / 16 Dekabr 2025
676
14:26 / 16 Dekabr 2025
84
14:21 / 16 Dekabr 2025
86
14:13 / 16 Dekabr 2025
98
14:09 / 16 Dekabr 2025
64
14:03 / 16 Dekabr 2025
65
13:35 / 16 Dekabr 2025
847
13:28 / 16 Dekabr 2025
247
13:24 / 16 Dekabr 2025
62
13:22 / 16 Dekabr 2025
51
13:14 / 16 Dekabr 2025
99
12:57 / 16 Dekabr 2025
168
12:49 / 16 Dekabr 2025
103
12:45 / 16 Dekabr 2025
76
12:29 / 16 Dekabr 2025
78
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.