Bu ölkə də Rusiya əleyhinə ÇIXDI: Regionun taleyi sual altındadır - POLİTOLOQLA MÜSAHİBƏ
13 Dekabr 2025, 13:07
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
10701
16.07.2021, 09:42
Son bir il ərzində Azərbaycanda “patı”, “şüşə” adı ilə tanınan narkotik vasitə - metamfetamindən istifadə geniş yayılıb. Onun satış qiymətinin ucuz olması bu bəlaya düçar olan gənclərin sayının sürətlə artmasına gətirib çıxarıb. Ən pisi də odur ki, yeniyetmələr, məktəblilər bu şəbəkəyə daha çox cəlb olunur. Sosial şəbəkələrdə də ciddi müzakirə mövzusuna çevrilən “patı” probleminə qarşı artıq rəsmi qurumlar da fəaliyyətə başlayıb. Hər gün müxtəlif ərazilər üzrə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər məsuliyyətə cəlb edilir.
Bəs bu bəlanın əsas əlamətləri nələrdir? Valideynlər övladlarının hansı davranışlarından şübhələnməlidirlər?
Mövzu ilə bağlı Bakupost.az -a danışan psixiatr həkim, müstəqil tibbi ekspert Abdulla Şıxlınski bildirib ki, metamfetamin ilk qəbuldan etibarən orqanizmi pozur, hətta əlilliyin yaranmasına səbəb olur:
“Metamfetamin sintetik narkotikdir. Təbii yolla istehsal oluna bilməz. Bu, dünyada “transnational” bəla adlandırılır. Yəni dünyanın elə bir ölkəsi yoxdur ki, orada metamfetamin sintez olunmasın. “Patı” adlanan bu vasitə ən təhlükəli narkotik növü hesab olunur və əsasən qara bazarda satılır. Hər bir ölkədə bunu gizli şəkildə istehsal edən sexlər var. Həmin sexlər əsasən hüquq-mühafizə orqanları tərəfindən aşkarlana bilmir, aşkarlandıqda isə bir yerdən gedib başqa yerdə yenidən açırlar.
Dünya statistikasına görə, metamfetaminin satışı heroin və kokainin satışından daha çoxdur. Metamfetamin ilk qəbuldan başlayaraq orqanizmi pozur, əlilliyə gətirib çıxarır və insanda əqli zəiflik yaradır.
Satışının bu qədər artmasına səbəb hazırlanan xammalın çox ucuz olmasıdır. Bu xammal adi “adrenalimetik” qrupuna aid olan dərmanlardır”.
Həmçinin oxuyun
Psixiatr qeyd edib ki, metamfetamin qəbul edənlərdə ağıl zəifliyi çox sürətlə gedir:
“Uzun müddət qəbul edənlərdə heç bir müalicə üsulu ilə bu zəifliyi bərpa etmək mümkün deyil. Metamfetaminin ən geniş yayılan növü maye halında olan, vint adlandırılan formasıdır. Bundan başqa, kristal, tablet və venaya yeritmək üçün də xüsusi məhlulları da var.
“Şüşə”dən istifadə edən şəxslərdə diqqət pozuntuları, nitqlərində problemlər, məsələn, ətrafdakılardan kimsə danışarkən sözünü kəsir, bir fikri bitirməmiş başqasına keçirlər. İybilmə, eşitmə, müxtəlif reflekslər həddindən artıq zəifləyir. İnsanlarda emosional münasibətlər pozulur. Əgər kişidirsə qızlarla tanış olsa belə heç bir münasibət qura bilmir. Əks cinslərə meyli olmur. Ən təhlükəli hal xəstələrdə pedofilik həvəslər meydana çıxır. Ürəkdə ritm pozuntuları, göz bəbəklərinin böyüməsi, ağızda, burun boşluğunda quruluq, tərləmə, əsmə, üşümə hissi, qəbzlik, qusma, iştahanın, arterial təzyiqin pozulması halları baş verir. Xəstə günlərlə yatmır, həddindən artıq təhlükəli olurlar. Bu, heç bir ruhi xəstəliyin təhlükəliliyi ilə müqayisə oluna bilməz”.
Xəstəliyin müalicəsi haqqında danışan həkim qeyd edib ki, bəzən onları bu vəziyyətdən çıxarmaq mümkün olmur:
“Bu qrupdan olan narkotikləri qəbul edənlərin müalicəsi çox çətin olur. Uzun müddət davam edir, bəzənsə vəziyyətdən çıxartmaq mümkün olmur. Müalicə stasionar şəraitdə aparılmalıdır. “Şüşə”dən istifadə edənləri evdə müalicə etmək mümkün deyil. Çünki aqressiya o qədər çox olur ki, ev şəraitində müalicə etmək təhlükəlidir. Müalicədə ağır təsirə malik olan psixontrop maddələrdən istifadə olunur. Müalicə prosesi ən azı 2-3 ay davam etməlidir. Bundan sonra yenə də nəzarət altında olmalıdırlar, reabilitasiya mərkəzlərinə göndərilməlidirlər. Azərbaycanda isə belə mərkəzlər yoxdur. Dünya praktikası göstərir ki, bəzən bu reabilitasiya belə nəticə vermir. Bu, çox ağır nəticələrə gətirib çıxaran, mərkəzi sinir sistemində ağıl dəyişikliklərinə səbəb olan təhlükəli bir narkotik vasitədir”.
13:58 / 14 Dekabr 2025
12
13:27 / 14 Dekabr 2025
30
13:18 / 14 Dekabr 2025
33
13:09 / 14 Dekabr 2025
36
12:54 / 14 Dekabr 2025
231
12:18 / 14 Dekabr 2025
408
12:06 / 14 Dekabr 2025
817
11:38 / 14 Dekabr 2025
50
11:30 / 14 Dekabr 2025
566
11:22 / 14 Dekabr 2025
33
10:43 / 14 Dekabr 2025
855
10:33 / 14 Dekabr 2025
83
10:20 / 14 Dekabr 2025
75
09:40 / 14 Dekabr 2025
76
09:15 / 14 Dekabr 2025
219
08:58 / 14 Dekabr 2025
149
08:46 / 14 Dekabr 2025
205
08:43 / 14 Dekabr 2025
75
01:21 / 14 Dekabr 2025
1493
00:52 / 14 Dekabr 2025
1123
00:43 / 14 Dekabr 2025
184
00:04 / 14 Dekabr 2025
1757
23:47 / 13 Dekabr 2025
1930
23:44 / 13 Dekabr 2025
116
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.