Bu ölkə də Rusiya əleyhinə ÇIXDI: Regionun taleyi sual altındadır - POLİTOLOQLA MÜSAHİBƏ
13 Dekabr 2025, 13:07
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
3913
28.09.2022, 20:36
Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ona vermək istədiyi birotaqlı mənzildən imtina edib.
Oxu24.com xəbər verir ki, bunu Manset.az-a müsahibəsində Sənan Əhmədov bildirib.
O qeyd edib ki, ailə üzvlərinin sayına görə bu təklifə rədd cavabı verib: “Dedilər ki, sizə birotaqlı ev veriləcək. Dedim ki, qardaşım evə görə döyüşməyib. O, yaşasaydı, dekabr ayına qədər mənzil alacaqdıq. Mən bugünkü gün utana-utana yataq otağında qonaq qəbul edə bilmirəm. Mənim qızım və həyat yoldaşım var. Hətta kirayə qaldığım evdə belə qonaqları qəbul etmək üçün zal var.
Onlar da dedi ki, sənə ikiotaqlı ev təklif edə bilmərik. Qeyd etdilər ki, o birotaqlı evi də sənə internat məzunu olduğun üçün veririk. Onlar bildirdilər ki, sən şəhid ailəsi sayılmırsan. Onun ailəsi mən deyiləmsə, kim idi? O mənimlə qalırdı. Bizim bir-birimizdən başqa kimsəmiz yoxdur. Onlara bu haqda da məlumat verdim. Onlar dedi ki, qanun belədir, qardaş ailə hesab olunmur”.
Sosial Xidmətlər Agentliyindən şəhidin qardaşının müsahibəsinə münasibət bildirilib:
“Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun ona dövlət tərəfindən təqdim edilən mənzildən imtina etməsi ilə bağlı medianın sorğusuna cavab olaraq bildiririk ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə ona imtiyazlı şəxs kimi mənzilin verilməsi üçün bir neçə dəfə əyani, bir neçə dəfə telefonla danışılıb, qanunvericilik izah edilib.
Həmçinin oxuyun
Sənana qanunvericilikdə şəhid ailəsi statusunun kimlərə şamil edildiyi, bu statusun hansı qurum tərəfindən verildiyi izah edilib. Həmçinin həssas qruplardan olan internat məzunlarının mənzillə təmin edilməsi üçün meyarlar haqqında da onunla danışılıb.
Sənanın təlim və tərbiyə aldığı “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası Nizamnaməsinə görə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisə statusunda deyil.
Buna baxmayaraq dövlətin qayğısının bir daha təzahürü olaraq Sənan Fuad oğlu Əhmədovun sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Nazirlik hazırda mümkün olan təklifi – sosial tərəfdaş vasitəsilə təqdim olunan 1 otaqlı mənzili ona təklif edib.
Sənan bundan imtina edərək 2 otaqlı mənzil istədiyini bildirib. Sənana qanunvericiliyin tələbləri barədə bir daha ətraflı məlumat verilib”.
01:40 / 17 Dekabr 2025
12
01:15 / 17 Dekabr 2025
16
00:55 / 17 Dekabr 2025
14
00:36 / 17 Dekabr 2025
49
00:32 / 17 Dekabr 2025
55
00:24 / 17 Dekabr 2025
68
23:40 / 16 Dekabr 2025
652
23:04 / 16 Dekabr 2025
768
22:25 / 16 Dekabr 2025
70
22:19 / 16 Dekabr 2025
421
22:05 / 16 Dekabr 2025
87
20:53 / 16 Dekabr 2025
774
20:13 / 16 Dekabr 2025
808
20:07 / 16 Dekabr 2025
332
20:05 / 16 Dekabr 2025
285
19:58 / 16 Dekabr 2025
156
19:53 / 16 Dekabr 2025
107
18:06 / 16 Dekabr 2025
2399
17:55 / 16 Dekabr 2025
115
17:51 / 16 Dekabr 2025
118
17:39 / 16 Dekabr 2025
5971
17:35 / 16 Dekabr 2025
145
17:26 / 16 Dekabr 2025
107
17:23 / 16 Dekabr 2025
126
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.