Qaynar xətt:

(+99450) 247 90 86

Güclü yanğın başladı   —   VİDEO 

Güclü yanğın başladı   —   VİDEO 

OXU24 TV

2029

29.04.2025, 17:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sabunçu rayonu Zabrat qəsəbəsində obyekt yanır.

Oxu24.com  xəbər verir ki, Zabratın mərkəzi küçəsində ikimərtəbəli tikilinin birinci mərtəbəsində sex kimi fəaliyyət göstərən obyektdə açıq alovla müşahidə edilən yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində avtomobil təmiri sexində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

Əlavə məlumat veriləcək.