İstirahət və bayram günləri işləyənlərə ikiqat maaş? (VİDEO)
16 Dekabr 2025, 10:35
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
846
05.05.2025, 14:59
Keniya prezidenti Uilyam Ruto xalqa müraciət edərkən ona ayaqqabı atılıb.
Oxu24.com xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Tədbirdən “Pool N3” Telegram kanalı tərəfindən yayılan videogörüntülərdən görünür ki, prezident əli ilə çəkməniitələyib və xəsarət almayıb.
Hadisə mayın 4-də dövlət başçısının Miqori dairəsində keçirilən mitinqdə çıxışı zamanı baş verib. Ruto müraciətində yaşayış minimumundan danışıb.
Şərqi Afrika dövlətinin liderinin çıxışından sonra vergi artımından geri çəkilmək məcburiyyətində qaldığı və müxalifət üzvlərini kabinetdəki görüşə dəvət etdiyi, lakin Keniya cəmiyyətində narazılığın yüksək olaraq qaldığı bildirilir.
Ölkənin daxili işlər naziri Kipçumba Merkomen bildirib ki, polis hadisə ilə bağlı artıq üç nəfəri həbs edib.
Keniyada etirazlar 2024-cü ilin iyununda keçmiş ABŞ prezidenti Co Baydenin ölkəni “NATO olmayan əsas müttəfiqlər” sırasına daxil etməsindən sonra başlayıb. Kütləvi narazılığın əsas səbəbi vergi artımını nəzərdə tutan dövlət büdcəsi layihəsi olub. İğtişaşlarla əlaqədar Keniya prezidenti ölkə hökumətinin buraxıldığını elan edib.
Həmçinin oxuyun
Bundan əvvəl Keniya prezidenti ölkə hökumətini tənqid edən insanların oğurlanmasına son qoyacağını vəd etmişdi.
Nigar
16:39 / 16 Dekabr 2025
1
16:00 / 16 Dekabr 2025
46
15:56 / 16 Dekabr 2025
35
15:54 / 16 Dekabr 2025
26
15:49 / 16 Dekabr 2025
33
15:46 / 16 Dekabr 2025
52
15:13 / 16 Dekabr 2025
741
15:06 / 16 Dekabr 2025
55
14:59 / 16 Dekabr 2025
163
14:29 / 16 Dekabr 2025
676
14:26 / 16 Dekabr 2025
84
14:21 / 16 Dekabr 2025
86
14:13 / 16 Dekabr 2025
98
14:09 / 16 Dekabr 2025
64
14:03 / 16 Dekabr 2025
65
13:35 / 16 Dekabr 2025
847
13:28 / 16 Dekabr 2025
247
13:24 / 16 Dekabr 2025
62
13:22 / 16 Dekabr 2025
51
13:14 / 16 Dekabr 2025
99
12:57 / 16 Dekabr 2025
168
12:49 / 16 Dekabr 2025
103
12:45 / 16 Dekabr 2025
76
12:29 / 16 Dekabr 2025
78
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.