Qaynar xətt:

(+99450) 247 90 86

Təcili yardım maşını qəzaya düşdü - VİDEO

ŞOU-BİZNES

279

22.05.2024, 21:44

Rusiyada baş vermiş qəzanın anbaan videosu yayılıb.

 

Oxu24.com xəbər  verir  ki,Çuvaşiyanın Kanaş şəhərində avtomobillə təcili yardımın ölümcül toqquşması anı videoya düşüb.

Görüntülər Daxili İşlər Nazirliyinin regional idarəsinin Telegram kanalında yayımlanıb.


Qəza mayın 22-də Yaşıl küçədə baş verib. Toqquşma zamanı avtomobilin sağ tərəfi əzilib və təcili yardım maşını aşıb.

İlkin məlumata görə, avtomobilin Şıxəzənı kəndi istiqamətindən hərəkətdə olan 19 yaşlı sürücüsü yol ayrıcından sola dönərkən xüsusi siqnallarla düz irəliləyən təcili tibbi yardım maşınına yol verməyib. .

“Toqquşma nəticəsində “Priora”nın ön oturacaqda əyləşmiş 40 yaşlı sərnişini yerindəcə keçinib, sürücü xəstəxanaya aparılıb”, - Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir .

Təcili yardım maşınında olan "Qazel"in sürücüsü, 4 yaşlı uşaq və onun 40 yaşlı anası xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

 

Nigar