Əri Aysunu belə cəzalandırır - yeni qalmaqal
16 Mart 2025, 09:52
Qaynar xətt:
(+99450) 247 90 86ŞOU-BİZNES
729
20.01.2023, 00:20
Hər gün 20 badam yesəniz nə olar?
Badam da daxil olmaqla, müntəzəm olaraq ləpə yaxud quru meyvələr yemək insan sağlamlığına və xarici görünüşünə faydalıdır.
Sağlam qidalanmağa üstünlük verənlər üçün badam düzgün seçimdir. Araşdırmalar zamanı məlum olub ki, badam ləpəsi, sadəcə, qanda lipid səviyyəsini normallaşdırmaqla qalmır, eyni zamanda, diabet xəstələrinin kardiovaskulyar xəstəliklərə tutulma riskini də aşağı salır. Orqanizmdə yağ səviyyəsini azaldan badam arıqlamağa da kömək edir. Heyvan mənşəli yağlara alternativ sayılan badam toxluq hissi yaradır ki, bu da çox yeməyimizə mane olur. Orqanizmə olan möhtəşəm faydalarını nəzərə alan mütəxəssislər gündə 20 badam yeməyin üstünlüyü barədə danışmaqdan doymurlar. Yaxşı olar ki, badamları birdəfəyə yox, öynə aralarında atışdırasınız. Bir şeyi də unutmayın ki, “Roma bir günə tikilməyib”. Yəni, arzuolunan nəticə həmən əldə edilmir. Səbirli olun, qısa zamanda badamın vücudunuza olan faydalarını hiss edəcək və görəcəksiniz.
Mövzu sağlamlığı qorumaqla yanaşı, həm də, gözəl görünməkdirsə, tək çarəsi badamdırmı? Təbii ki, yox! Bütün quru meyvələr və ləpələr də badam qədər orqanizmə faydalıdır. Orqanizmin nəyə ehtiyacı olduğuna bağlı olaraq, bəzilərini yedikdə faydasını daha tez görürük. Bəs, digər sağlam çərəzlər hansılardır?
1. Kətan toxumu. Beynəlxalq Süd Məhsulları Araşdırma İnstitutunun əməkdaşları kətan toxumlarının insan sağlamlığına faydalarını elmi cəhətdən sübut ediblər. Kimyəvi tərkibi zəngin olan kətan toxumu eyni anda bir çox orqan və nahiyəmizdə sağlamlaşdırıcı proseslərə start verə bilir. Sirr kətan toxumundakı fitoestrogen adlı təbii hormondadır. Xüsusilə, döş xərçəngi və prostat xərçəngi başda olmaqla, bir çox bədxassəli şişlərə qarşı mübarizə aparır. Toxumların tərkibindəki lif mədəni örtür və iltihablanmanın qarşısını alır. 1 xörək qaşığı üyüdülmüş kətan toxumu 2 qr-dək Omega-3 yağ turşusuna malikdir. Bu da ürək-damar sisteminin qorunması üçün lazımdır.
2. Küncüt toxumu. Avstraliyadakı Griffith Universitetində aparılan araşdırmalara görə, küncüt toxumlarının kimyəvi tərkibi təzyiqi aşağı salır, infarktın, böyrək çatışmazlığının qarşısını alır. Xolesterol səviyyəsini nizamlayan küncüt toxumunda elə antioksidantlar var ki, başqa heç bir qidada rast gəlinmir. Küncüt toxumu dəri, saç və dırnaqlar üçün faydalı olan yağla zəngindir. Əgər küncüt toxumu yesəniz, özünüzü yaxşı hiss edəcək və gözəl görünüşə sahib olacaqsınız.
3. Balqabaq tumu. Damarları genişlədən balqabaq tumu, beləcə, qan dövranını sürətləndirir və hipertansiyonun qarşısını alır. Tum bütün bunlara tərkibindəki bol arginin (L-arginin) sayəsində nail olur. Kalorili balqabaq tumlarının malik olduğu proteinlər qanda şəkərin səviyyəsini normaya salır. Bundan əlavə, dərinin elastikliyini qorumaq üçün lazım olan A və E vitaminləri ilə də zəngindir. Bu, balqabaq tumunun kosmetika sənayesinin “gizli silahlarından biri” olmağını izah edir.
4. Qoz ləpəsi. Avstraliyadakı La Trobe Universitetindən olan araşdırmaçılar qoz ləpəsindəki mineralların ürək-damar xəstəliklərinin, həmçinin, koroner ürək xəstəliklərinin əmələgəlmə riskini azaltdığını açıqlayıblar. Yaşla əlaqədar meydana çıxan sağlamlıq problemlərinin simptomlarının azalması, kişilərdə prostat xərçəni riskini minimum endirmək də qoz ləpəsinin hünərləri sırasındadır. Bu hünəri ləpəyə malik olduğu tokoferol adlı kimyəvi maddə qazandırır. Scranton Universitetində kimya professoru olan Joe Vinson deyir ki, gün ərzində 7 qoz ləpəsi yemək sağlamlığa olduqca faydalıdır. Çalışın, qoz ləpəsi yeməyi təxirə salmayın.
Həmçinin oxuyun
16:20 / 17 Mart 2025
Polşa müharibəyə hazır deyil
1
16:20 / 17 Mart 2025
İftarda qəti şəkildə bunları yemək olmaz — Dietoloqla MÜSAHİBƏ
1875
16:19 / 17 Mart 2025
Bayram namazının qılınacağı tarix açıqlandı
1
16:12 / 17 Mart 2025
60 tona yaxın neft sızması baş verib
4
16:00 / 17 Mart 2025
Serb müxalifəti etiraz aksiyalarında səs topları ilə bağlı BMT-yə müraciət edəcək
25
15:46 / 17 Mart 2025
Onlar yüksək vəzifələrə TƏYİN OLUNDULAR
227
15:45 / 17 Mart 2025
Bakı aeroportu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
39
15:25 / 17 Mart 2025
Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub
38
14:15 / 17 Mart 2025
Müğənni Dəniz həbs olunub
696
14:10 / 17 Mart 2025
Ukraynaya milyardlar ayrıldı
61
14:00 / 17 Mart 2025
Əli Əsədov maaşla bağlı qərar imzaladı
413
13:56 / 17 Mart 2025
Aİ Suriyaya yeni şans verir
55
13:51 / 17 Mart 2025
Zelenski Ukrayna Silahlı Qüvvələrinin başqa ölkələrə göndərilməsinə icazə verib
59
13:02 / 17 Mart 2025
Prezidentdən Xanlar Vəliyevlə bağlı SƏRƏNCAM
629
12:51 / 17 Mart 2025
ABŞ Macarıstana geri çəkilmək üçün təzyiq edir
64
12:21 / 17 Mart 2025
19 il həbs cəzası aldı
66
11:58 / 17 Mart 2025
Ukrayna Rusiyaya qarşı sanksiyaları yumşaltmağa icazə verdi
77
11:57 / 17 Mart 2025
SON DƏQİQƏ! Prokuror qəzaya düşdü
486
11:55 / 17 Mart 2025
Tramp elan etdi: Aprelin 2-dən...
86
11:38 / 17 Mart 2025
43 yaşlı aktrisa öldü
93
11:31 / 17 Mart 2025
Səhiyyə Nazirliyi əhaliyə müraciət edib
84
11:27 / 17 Mart 2025
Prezident rəsmi şəxslərlə görüşüb — FOTOLAR
87
11:11 / 17 Mart 2025
Ağadadaşın baltası özünə qaytarılıb
180
10:54 / 17 Mart 2025
Prezident fərman imzaladı
924
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.