Mətanət İsgəndərli əməliyyatla dəyişdi - FOTO
14 Noyabr 2025, 23:56
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1218
18.10.2023, 23:03
Bravo” hipermarketinə edilmiş silahlı basqınla bağlı ittiham olunan şəxslərin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
“Qafqazinfo” məlumat yayıb ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxslərdən biri - Dəyanət Qüdrətov sərbəst ifadə verib.
O, Ruhlan İsmayılovla birgə hipermarketə hücum edib. Hər ikisi də silahlı olub. R.İsmayılov əməliyyat tədbirləri zamanı məhv edilib.Qüdrətov deyib ki, hipermarketə hücumda istifadə edilən silahlar onun adına alınıb:“Ruhlan əvvəllər psixoloji dispanserdə müalicə aldığı üçün öz adına silah ala bilmirdi.
Ona görə silahları mənim adıma aldıq. 3600 manatlıq silah aldıq. Bir müddət sonra isə mənə təklif etdi ki, “Bravo”ya basqın edək”.Təqsirləndirilən şəxsin dediyinə görə, hipermarketə hücum üçün razılıq verməyib.
Buna görə Ruhlan ona hədə-qorxu gəlib:“Məni ölümlə hədələdi. Dedi ki, ya hücum planında iştirak etməlisən, ya səni öldürəcəm. Hücum vaxtı mən 1 güllə atmışam. O da zərərçəkmişə dəyməyib”.Vəkil Pərviz Məmmədov təqsirləndirilən şəxsə hücum planı barədə sual verib.
Qüdrətov deyib ki, “Bravo”ya hücum planı əvvəldən hazırlanıb, hipermarket 2 ay izlənilib:
Həmçinin oxuyun
Ruhlanla məndən başqa bu işdə heç kimin əlaqəsi yoxdur”.
Vəkil Pərviz Məmmədovu maraqlandıran digər məsələ isə Ruhlanla Dəyanətin bankomatdan götürəcəkləri pulu necə bölmək istəmələri olub.“Razılaşma belə idi ki, nə götürsək, yarısı mənə, yarısı Ruhlana çatacaqdı”, - deyə təqsirləndirilən şəxs cavab verib. Proses noyabrın 15-i davam etdiriləcək. Xatırladaq ki, silahlı insident bu ilin martında qeydə alınıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
20:16 / 14 Dekabr 2025
11
19:55 / 14 Dekabr 2025
37
19:50 / 14 Dekabr 2025
25
19:36 / 14 Dekabr 2025
34
19:27 / 14 Dekabr 2025
94
19:22 / 14 Dekabr 2025
52
18:57 / 14 Dekabr 2025
1868
17:55 / 14 Dekabr 2025
711
16:45 / 14 Dekabr 2025
1146
15:41 / 14 Dekabr 2025
908
15:09 / 14 Dekabr 2025
86
14:56 / 14 Dekabr 2025
186
14:08 / 14 Dekabr 2025
2142
13:58 / 14 Dekabr 2025
107
13:27 / 14 Dekabr 2025
123
13:18 / 14 Dekabr 2025
102
13:09 / 14 Dekabr 2025
140
12:54 / 14 Dekabr 2025
537
12:18 / 14 Dekabr 2025
1100
12:06 / 14 Dekabr 2025
2331
11:38 / 14 Dekabr 2025
111
11:30 / 14 Dekabr 2025
777
11:22 / 14 Dekabr 2025
86
10:43 / 14 Dekabr 2025
1134
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.