Mətanət İsgəndərli əməliyyatla dəyişdi - FOTO
14 Noyabr 2025, 23:56
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
893
02.11.2023, 14:07
Qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan Respublikasının ərazilərində törətdikləri terrorçuluq və digər ağır cinayətlərlə bağlı araşdırmalar davam etdirilir.
Oxu24.com xəbər verir ki, bu barədə DTX məlumat yayıb.
Məlumata görə, 2023-cü ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində qanunsuz silahlı birləşmələrə daxil olmaqla “AKM” avtomatı ilə silahlanıb, mütəşəkkil dəstə halında milli ədavət və düşmənçilik niyyəti ilə terrorçuluq əməlləri törətməkdə şübhəli bilinən Babayan Madat Arakeli Kəlbəcər rayonunun Qozlukörpü kəndi ərazisində tərk-silah edilərək saxlanılmışdır.
İstintaq zamanı təqsirləndirilən şəxs Madat Babayan ifadəsində digər xüsusatlarla yanaşı həmçinin bildirmişdir ki, 1992-ci ilin fevral ayında Xocalı faciəsinin törədilməsində iştirakçı olmuş, 24 fevral 1992-ci il tarixində “Xolostoy” ləqəbli Ermənistan silahlı qüvvələrinin polkovnik-leytenantı Arkadi Şirinyanın rəhbərliyi altında Kəlbəcər rayonunun Çapar, Qozlu və Qozlukörpü kəndlərinin sakinlərindən ibarət erməni silahlı birləşmələrinin tərkibində Kəlbəcərin Yayıcı, Heyvalı və Zəylik kəndlərindən gələn digər erməni silahlıları ilə Xocalı rayonunun Təzəbinə kəndində birləşərək azərbaycanlı əhalini məhv etmək məqsədilə qabaqcadan qurulmuş plana uyğun olaraq, 25 fevral 1992-ci il tarixində gecə saat 23:00 radələrində Xankəndi şəhərindən Xocalı şəhəri istiqamətində edilən hücum zamanı xilas olmaq üçün Əsgəran rayonuna tərəf qaçmaq istəyən, əksəriyyəti qadın, uşaq və qocalar olmuş 150 nəfərdən çox əliyalın şəxsdən ibarət mülki əhalini həmin ərazidə pusquya salaraq avtomat silahlarından atəş açmaqla qətlə yetirmişlər. Eyni zamanda, Madat Babayan 26 fevral 1992-ci il tarixində azərbaycanlıların meyitlərini yığdıqları zaman Vamik Petrosyan, Şirin Şirinyan və digər dəstə üzvləri tərəfindən meyitlər üzərində təhqiredici hərəkətlərin törədilməsini, bundan başqa 100-dən çox mülki Xocalı sakininin əsir düşdüyünü müşahidə etmişdir.
Həmçinin oxuyun
Madat Babayan 1992-ci il fevralın 26-da Xocalıda olan erməni silahlıları ilə birlikdə şəhərdə azərbaycanlılara məxsus olan əmlakların talan edilməsi və törədilən kütləvi insan qırğını faktlarının gizlədilməsini təmin etmək üçün Xankəndi istiqamətində Xocalı-Ballıca-Xankəndi yolayrıcında silahlı post qurduqlarını, üç gün sonra isə bu postda xidmət apardığı vaxt Xocalıda qətlə yetirilən azərbaycanlıların meyitlərinin üç yük avtomobilində gətirildiyini, həmin postdan təxminən 400 metr məsafədə Qarqar çayının sol sahilində qazılan əraziyə tökülərək kütləvi basdırıldığını qeyd etmiş, eləcə də 1992-ci ilin fevral-mart aylarında Xocalıda törədilən talanlar barədə məlumat vermişdir. İfadənin yerində yoxlanılması istintaq hərəkəti həyata keçirilərkən, Madat Babayan mülki əhaliyə qarşı cinayət əməllərinin törədildiyi yerləri əyani şəkildə göstərərək bu barədə ətraflı məlumat təqdim etmişdir. Bundan əlavə Madat Babayan, əsir götürülmüş və qanunsuz olaraq Qozlukörpü kənd məktəbində saxlanılmış, amansız rəftar və işgəncələr nəticəsində ölmüş azərbaycanlıların meyitlərini Qozlukörpü kəndində şəxsən dəfn etdiyi yerləri də göstərmişdir. Hazırda qeyd olunan və digər əlaqəli cinayətlərlə bağlı kompleks araşdırmalar aparılır.
20:16 / 14 Dekabr 2025
11
19:55 / 14 Dekabr 2025
37
19:50 / 14 Dekabr 2025
25
19:36 / 14 Dekabr 2025
34
19:27 / 14 Dekabr 2025
94
19:22 / 14 Dekabr 2025
52
18:57 / 14 Dekabr 2025
1868
17:55 / 14 Dekabr 2025
711
16:45 / 14 Dekabr 2025
1146
15:41 / 14 Dekabr 2025
908
15:09 / 14 Dekabr 2025
86
14:56 / 14 Dekabr 2025
186
14:08 / 14 Dekabr 2025
2142
13:58 / 14 Dekabr 2025
107
13:27 / 14 Dekabr 2025
123
13:18 / 14 Dekabr 2025
102
13:09 / 14 Dekabr 2025
140
12:54 / 14 Dekabr 2025
537
12:18 / 14 Dekabr 2025
1100
12:06 / 14 Dekabr 2025
2331
11:38 / 14 Dekabr 2025
111
11:30 / 14 Dekabr 2025
777
11:22 / 14 Dekabr 2025
86
10:43 / 14 Dekabr 2025
1134
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.