Mətanət İsgəndərli əməliyyatla dəyişdi - FOTO
14 Noyabr 2025, 23:56
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1222
13.11.2023, 09:23
Dünən günorta saatlarında Yevlax şəhərində 1991-ci il təvəllüdlü Əhməd Əhəd oğlu Nəsibov küçədə başından güllələnərək qətlə yetirilib.
Mərhumun anası Simuzər Nəsibova bildirib ki, oğlunu bir gün öncə tanımadıqları şəxs evdən bayıra çağırmışdı:
“Mən həmin vaxt oğlumun arxasınca çıxdım. Həmin adam mənim oğlumun arxasınca gəldiyimi görüb çıxıb getdi. Bu gün də oğlum çörək almaq üçün marketə getmişdi, sonra eşitdim ki, oğlumu güllələyiblər” - deyə mərhumun anası bildirib.
Qeyd edək ki, Ə.Nəsibov küçədə onu öldürməyə cəhd edən şəxsdən qaçmağa çalışsa da buna nail ola bilməyib və “Makarov” tipli tapançadan alın nahiyəsinə açılan atəş nəticəsində dünyasını dəyişib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs, 1989-cu il təvəllüdlü Saleh Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.
Şəxsi münasibətlər zəminində baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Həmçinin oxuyun
Yevlaxda başından güllələnərək qətlə yetirilən şəxs məşhur tiktoker imiş.
Ətraflı videoda:

23:58 / 14 Dekabr 2025
142
23:35 / 14 Dekabr 2025
59
22:57 / 14 Dekabr 2025
69
22:24 / 14 Dekabr 2025
232
21:54 / 14 Dekabr 2025
103
21:51 / 14 Dekabr 2025
71
21:45 / 14 Dekabr 2025
144
21:33 / 14 Dekabr 2025
522
20:58 / 14 Dekabr 2025
672
20:50 / 14 Dekabr 2025
134
20:16 / 14 Dekabr 2025
1062
19:55 / 14 Dekabr 2025
131
19:50 / 14 Dekabr 2025
73
19:36 / 14 Dekabr 2025
77
19:27 / 14 Dekabr 2025
257
19:22 / 14 Dekabr 2025
108
18:57 / 14 Dekabr 2025
3378
17:55 / 14 Dekabr 2025
990
16:45 / 14 Dekabr 2025
1516
15:41 / 14 Dekabr 2025
1096
15:09 / 14 Dekabr 2025
124
14:56 / 14 Dekabr 2025
237
14:08 / 14 Dekabr 2025
2508
13:58 / 14 Dekabr 2025
138
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.