Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
7055
13.03.2024, 13:32
Son günlər sosial mediada "Aztelekom" MMC haqda narazılıq və şikayət yönlü yazılar yer almaqdadır.
Oxu24.com xəbər verir ki, belə şikayətlərdən biri də Ucar rayon sakinləri tərəfindən edilib.
Yerli sakinlərin saytımıza verdiyi məlumata görə, Ucar rayonu,Qarabörk kəndi ərazisində yaşayan sakinlər illərdir ki,bu qurumun yarıtmaz işi nəticəsində internetsiz qalıb.
Nəzərdə tutulmuş layihəyə əsasən rayonun Qarabörk kəndi də 2023-cü ilin dekabrın sonuna qədər yeni nəsil internet şəbəkəsi ilə təmin edilməli idi.
Lakin "Aztelekom" əməkdaşlarının yarıtmaz işlərinə görə bu iş hələ də uzanır.
2023-cü ildə söz verilən internet 2024-cü ilin martında hələ də verilməyib.
Dövlətdən milyonlar alan "Aztelekomun" kağızı yoxdur...
Dövlətdən dəstək alan qurumun müqavilə kağızının olmaması da gülünc doğurur.
Həmçinin oxuyun
Bununla bağlı Oxu24.com saytına yerli vətəndaşlar məlumat verib. Kənd sakini K.C -nın sözlərinə görə yeni internet xəttinə qoşulmaq üçün "Aztelekom" MMC-nin Ucar rayon şöbəsinin əməkdaşlarına müraciət etsə də,aldığı cavabdan xeyli təəccüblənib.
Qurumun əməkdaşı deyib ki,hazırda bizdə kağız yoxdur,bu səbəbdən də müqavilə imzalaya bilməyəcəklər.
Problem bununla bitmir.
Mövzu ilə bağlı "Aztelekom" MMC-nin mətbuat xidmətinə sorğu ünvanlasaq da cavab verilmədi.
Sual budur: Bu qədər neqativ halların müşahidə olunduğu quruma layihələrin verilməsində kimin marağı var?
Oxu24.com növbəti yazıda "Aztelekom"-un bəzi əməkdaşlarının uyğun olmayan əməlləri barədə məlumatları təqdim edəcək.
Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Tural Pirverdiyevdir.
Miri Məcidli
00:25 / 16 Dekabr 2025
13
00:14 / 16 Dekabr 2025
22
00:03 / 16 Dekabr 2025
20
23:55 / 15 Dekabr 2025
21
23:51 / 15 Dekabr 2025
263
23:45 / 15 Dekabr 2025
28
23:28 / 15 Dekabr 2025
38
23:25 / 15 Dekabr 2025
30
23:21 / 15 Dekabr 2025
63
23:14 / 15 Dekabr 2025
33
23:08 / 15 Dekabr 2025
37
23:02 / 15 Dekabr 2025
44
22:54 / 15 Dekabr 2025
35
22:49 / 15 Dekabr 2025
47
22:48 / 15 Dekabr 2025
33
22:31 / 15 Dekabr 2025
59
22:27 / 15 Dekabr 2025
45
22:09 / 15 Dekabr 2025
285
21:59 / 15 Dekabr 2025
55
21:45 / 15 Dekabr 2025
75
21:10 / 15 Dekabr 2025
1643
20:54 / 15 Dekabr 2025
103
20:38 / 15 Dekabr 2025
1366
20:16 / 15 Dekabr 2025
69
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.