Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
719
09.10.2024, 15:18
Vətəndaşa “güllə keçirtməz” duası yazan falçı: “Özüm Saleh Məmmədovun qohumuyam”
Ailəsində problem yaranan qadın “kömək” üçün getdiyi falçıda problem yaşayıb.
Oxu24.com xəbər verir ki, bu barədə CityPost.az saytına açıqlama verən 3 uşaq anası Aynurə Hacıyeva (Red- ad,soyad şərtidir) özü məlumat verib.
Qadının sözlərinə görə ailəsində,xüsusi ilə həyat yoldaşı ilə aralarında yaranan problemi falçı vasitəsi ilə həll etmək istəyib. Bundan sonra həm pulundan, həm də ailəsindən olub.
“Rəfiqəm məni “28 may” tərəfdə yaşayan Rüfət adlı falçının evinə apardı. Falçı məni inandırdı ki,həyatımda baş verən bütün problemləri həll edəcək. Bu yolla fala baxmaq adı ilə dəfələrlə məndən yaşadığı evdə 100-200 manat pul aldı. Mənə deyirdi ki,sənə elə dua yazacam ki, heç kim sənə bata bilməyəcək. ”Güllə batmaz” duasını yazmaq üçün məndən 1000 manat pul aldı. Üstündən bir neçə müddət keçdi. Soruşdum ki,mənə yazdığın dua necə oldu? Hər dəfə məni yola verirdi. Daha sonra aldadıldığımı başa düşdüm. Pulumu geri istəyəndə məni şantaj eləməyə başladı. Falçı Rüfət mənə dedi ki,bu haqda şikayət etsən, şəkillərini yayacam”,-deyə şikayətçi qadın bildirib.
CityPost.az məsələ ilə bağlı özünü ekstasens kimi təqdim edən Rüfət adlı şəxslə əlaqə saxlayıb. O, baxıcı kimi fəaliyyət göstərdiyini və sözügedən xanımı tanıdığını etiraf edib.
1000 manat pula tilsim təmizlədiyini etiraf edir:
Həmçinin oxuyun
“Həmin qadın dəfələrlə mənim yanımda olub. Ona kömək etmişəm.Amma o mənə o 1000 manat pul verməyib. 30 ildir ki, bu sahədəyəm. Hazırda 41 yaşım var. İnsanlar məndən əl çəkmir.Heç vaxt baxıcı olmaq istəməmişəm. Özüm ziyalı ailəsindənəm. Qohumlarım vəzifədədirlər. Özüm Saleh Məmmədovun (Red- Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədrini nəzərdə tutur) qohumuyam. Elə-belə nəslin övladı deyiləm.”,- deyə ekstrasens bildirib.
Bəs göstərdiyiniz fəaliyyətə görə,vergi ödəyirsinizmi sualına özünü baxıcı kimi təqdim edən Rüfət vergi ödəmədiyini bildirib.
“Mən niyə vergi ödəməliyəm ki? Ancaq öz yaxınlarıma, tanışlarıma baxıram. Həftədə bir dəfə fala baxıram. Hər gün fala baxmıram ki,vergi də ödəyəm. Evimdə kameram var. Gəlsinlər,araşdırsınlar. Mənim heç nədən qorxum yoxdur.Artıq bu millətdən qorxuram.Yaxşılıq edirsən,pislik kimi qəbul edirlər”,-deyə o bildirib.
Qeyd edək ki,son günlər vətəndaşların dələduzluq yolu ilə pullarının ələ keçirilməsi halları çoxalıb. Bununla bağlı hüquq-mühafizə orqanları tərəfindən vaxtaşırı tədbirlər həyata keçirilir.
Miri
01:40 / 17 Dekabr 2025
12
01:15 / 17 Dekabr 2025
16
00:55 / 17 Dekabr 2025
14
00:36 / 17 Dekabr 2025
49
00:32 / 17 Dekabr 2025
55
00:24 / 17 Dekabr 2025
68
23:40 / 16 Dekabr 2025
652
23:04 / 16 Dekabr 2025
768
22:25 / 16 Dekabr 2025
70
22:19 / 16 Dekabr 2025
421
22:05 / 16 Dekabr 2025
87
20:53 / 16 Dekabr 2025
774
20:13 / 16 Dekabr 2025
808
20:07 / 16 Dekabr 2025
332
20:05 / 16 Dekabr 2025
285
19:58 / 16 Dekabr 2025
156
19:53 / 16 Dekabr 2025
107
18:06 / 16 Dekabr 2025
2399
17:55 / 16 Dekabr 2025
115
17:51 / 16 Dekabr 2025
118
17:39 / 16 Dekabr 2025
5971
17:35 / 16 Dekabr 2025
145
17:26 / 16 Dekabr 2025
107
17:23 / 16 Dekabr 2025
126
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.