Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
6240
11.10.2024, 13:52
Döyüşə getdi,evini ermənilər dağıtdı – Gəncədən şikayət var
Vətən müharibəsi dövründə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından dörd il ötür.
2020-ci ilin oktyabrın 11-də gecə saat 02.00 radələrində şəhərin mərkəzi düşmənin ballistik raket hücumuna məruz qalıb.
Oxu24.com xəbər verir ki, qeyd olunan hücum zamanı vətəndaşlara ciddi ziyan dəyib. Həmin hücumdan əziyyət çəkən vətəndaşların bir qismi bu günə qədər aidiyyatı qurumlardan kömək ala bilməyib. Həmin şəxslərdən biri də Gəncə şəhəri,Ağa Sultanov küçəsi ev 2 ünvanında yaşayan Vətən Müharibəsi iştirakçısı Abdullayev Cahangir Rizvan oğludur. O, 44 günlük Vətən Müharibəsinə könüllü olaraq yollanıb və bir sıra istiqamətdə gedən döyüşlərdə iştirak edib.Göstərdiyi xidmətlərə görə “Suqovuşanın azad edilməsi” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Cahangir Abdullayev şikayətinə səbəb ermənilərin hücumu zamanı dağıdılmış evinin bu günə qədər təmir edilməməsidir.
“Ermənilərin Gəncəyə hücumu zamanı bizim evimiz də ciddi zədə görüb.Həmin hücum zamanı mən döyüşlərdə olmuşam.Anam ilsult keçirdiyi üçün xəstəxanaya düşmüşdü.Həmin vaxtda böyük əmim də rəhmətə getdi.Ailəmizin başı əmimin yasına və anamın xəstəliyinə qarışdığı üçün evə gələ bilməmişdi.Bu səbəbdən də komissiya əraziyə baxış keçirən zaman biz evdə olmamışdıq.Daha sonra bizə dəymiş ziyanın ödənişi üçün müraciət etsək ki,kömək edən olmadı”,-deyə şikayətçi bildirib.
Vətən uğrunda döyüşlərə atılan gənc bildirir ki, bu gün qarşılaşdığı problemlə əlaqədar vəzifəli şəxslərlə görüşmək istəsə də onların şəxsən qəbuluna düşə bilmir. Onu ya köməkçilər,ya da dəftərxana işçiləri qəbul edir.Nəticə isə göz qabağındadır. Cahangir Abdullayev bildirir ki,məsələ ilə bağlı Baş Nazirin müavini Şahin Mustafayevin qəbuluna yazılsalar da onu köməkçi qəbul edib.
“Avqust ayının 5-də Şahin Mustafayevin köməkçisinin qəbulunda olduq.Mənə dedilər ki, ev kimin adınadırsa,o da gəlməlidir.Anam insult keçirdiyi üçün onu Bakıya gətirmək çətin idi. Buna baxmayaraq əziyyətlə də olsa anamı da qəbula gətirdim.Amma bütün bunların nəticəsi olmadı.Bu günə qədər evimizə gəlib baxan,akt tərtib edən olmayıb”,-deyə şikayətçi bildirib.
Cahangir Abdullayevin sözlərinə görə,məsələ ilə bağlı deputatlarından kömək almaq istəsə də,onları da tapa bilməyib.
Həmçinin oxuyun
Qeyd edək ki, Gəncə şəhərindən olan deputatlar Naqif Həmzəyev və Musa Quliyevdir.
CityPost.az məsələ ilə bağlı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Gəncə Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamaq istəsə də telefon zənglərinə cavab verən olmadı.Məsələni diqqətdə saxlayacağıq.
Qeyd edək bu mövzuda saytımıza bir neçə şikayət daxil olub.CityPost.az yaxın zamanda digər müraciətləri də işıqlandıracaq.



Miri Məcidli
16:39 / 16 Dekabr 2025
1
16:00 / 16 Dekabr 2025
46
15:56 / 16 Dekabr 2025
35
15:54 / 16 Dekabr 2025
26
15:49 / 16 Dekabr 2025
33
15:46 / 16 Dekabr 2025
52
15:13 / 16 Dekabr 2025
741
15:06 / 16 Dekabr 2025
55
14:59 / 16 Dekabr 2025
163
14:29 / 16 Dekabr 2025
676
14:26 / 16 Dekabr 2025
84
14:21 / 16 Dekabr 2025
86
14:13 / 16 Dekabr 2025
98
14:09 / 16 Dekabr 2025
64
14:03 / 16 Dekabr 2025
65
13:35 / 16 Dekabr 2025
847
13:28 / 16 Dekabr 2025
247
13:24 / 16 Dekabr 2025
62
13:22 / 16 Dekabr 2025
51
13:14 / 16 Dekabr 2025
99
12:57 / 16 Dekabr 2025
168
12:49 / 16 Dekabr 2025
103
12:45 / 16 Dekabr 2025
76
12:29 / 16 Dekabr 2025
78
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.