Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
853
16.06.2022, 11:28
Erməni separatçılarının Laçın keçidindən istifadə edərək getmək istəyən Rusiya sülhməramlılarını atəşə tutması böyük səs-küy yaradıb. Baş vermiş insidentlə əlaqədar bir neçə separatçı tutulsa da, hadisənin əsl səbəbləri gizlədilir. Sanki ermənilər sülhməramlı missiyanın Qarabağdan getməsinin qarşısını almaq üçün bu təxribata yol verib. Əslində isə bu hadisə bir neçə məsələni gündəmə gətirir. Separatçıların maraqlarını daha çox qoruyan sülhməramlılara qarşı belə bir addımın atılması Azərbaycanı dərhal adekvat tədbirlər görməyə vadar edir.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, ermənilər hər yerdə qudurğan hərəkətlərə yol verir: “Tutaq ki, Rusiya öz qüvvələrini bir nöqtədən digərinə dislokasiya etmək istəyir. Bunun heç kimə dəxli olmamalıdır. Ermənilər bu cür təxribata əl atmaqla guya sülhməramlıların oradan getməsinə mane ola biləcəklər?. Bütün bunlar boş söhbətlərdir. Açığı baş verən hadisənin əsl səbəbini anlamaq çətindir. Görünür daha köklü səbəblər var”.
Hər şey qaydasındadır, yaxşıyam" -
Həmçinin oxuyun
Politoloq əlavə edib ki, separatçı ermənilər rusların qayğısını daha çox hiss edir: “Azərbaycanla münasibətlərdə isə ciddi yaxşılaşma yoxdur. Amma baş verən hadisə onu göstərir ki, erməni separatçıları bolgədə silah işlətməkdən çəkinmirlər. Bu, ciddi bir hadisədir. Yəqin ki, bir müddətdən sonra ermənilərin qudurğan hərəkətinin səbəbi aydın olacaq. Ancaq baş verən hadisə rusiya sülhməramlıları ilə ermənilərin bundan sonrakı münasibətini daha da gərginləşdirəcək”.
Qabil Hüseynlinin sözlərinə görə, hadisə ilə bağlı 4 nəfər separatçı erməninin həbs olunması prosesin başlanğıcıdır: “İstintaq davam edir və yeni adamlar həbs oluna bilər. Azərbaycan isə onsuzda öz işini bilir. Antiterror əməliyyatına hazırlıq prosesi gedir. Rəsmi Bakı anlayır ki, həmin separatçı ermənilər günün birində aranı qatacaq və sülh prosesinə əngəl yaradacaq. Ona görə də, Azərbaycan tərəfi antiterror əməliyyatlarına hazırlaşır. Bu səbəbdən də Xankəndi və Əsgəran ətrafı dağ-döyüş komandaları, xüsusi təyinatlı və digər ordu qüvvələri ilə mühasirəyə alınıb. Görünür Azərbaycan haçansa bu hərəkətləri hərbi əməliyyatlara çevirəcək”.
12:18 / 14 Dekabr 2025
23
12:06 / 14 Dekabr 2025
107
11:38 / 14 Dekabr 2025
36
11:30 / 14 Dekabr 2025
379
11:22 / 14 Dekabr 2025
27
10:43 / 14 Dekabr 2025
667
10:33 / 14 Dekabr 2025
72
10:20 / 14 Dekabr 2025
63
09:40 / 14 Dekabr 2025
68
09:15 / 14 Dekabr 2025
198
08:58 / 14 Dekabr 2025
133
08:46 / 14 Dekabr 2025
180
08:43 / 14 Dekabr 2025
68
01:21 / 14 Dekabr 2025
1416
00:52 / 14 Dekabr 2025
1108
00:43 / 14 Dekabr 2025
174
00:04 / 14 Dekabr 2025
1608
23:47 / 13 Dekabr 2025
1870
23:44 / 13 Dekabr 2025
112
23:30 / 13 Dekabr 2025
122
22:45 / 13 Dekabr 2025
758
22:30 / 13 Dekabr 2025
185
22:28 / 13 Dekabr 2025
219
22:22 / 13 Dekabr 2025
284
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.