Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
3318
23.04.2023, 11:17
Bu gün Azərbaycan Respublikasının xalq artisti, aktrisa Məleykə Əsədovanın doğum günüdür.
Oxu24.com xəbər verir ki, bu gün xalq artistinin 56 yaşı tamam olur.
Məleykə Əsədova 1966-cı il aprel ayının 23-də Neftçala şəhərində anadan olub.
1983-87-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda ali təhsil alıb. Məleykə Əsədova 1989-cu ildə Dövlət Gənclər Teatrının truppasına daxil olub. Bu kollektivdə çalışan aktrisa teatrın beş tamasında rol oynayıb. Həmin səhnə obrazları aşağıdakılardır: Gültəkin («Aydın», Cəfər Cabbarlı), Nəzifə («Dağ tikirik», Vaqif Səmədoğlu), Tamara («Dadaşbala əməliyyatı», Rəhman Əlizadə), Sədəf (“Sultanqulu körpüsü”, İsi Məlikzadə), Leyli («Leyli və Məcnun», Məhəmməd Füzulinin eyniadlı poeması əsasında dramatik kompozisiya).
Həmçinin oxuyun
1993-cü ildə Akademik Milli Dram Teatrının truppasına daxil olub. Onun səhnə rolları bioqrafiyasına Akademik tearda ifa etdiyi aşağıdakı rollar daxildir: Dilarə («Əcəb işə düşdük», Şıxəli Qurbanov), Zərifə («Nişanlı qız», Sabit Rəhman), Nübar («Məhəbbət yaşadır», Nahid Hacızadə), Şahanə («Ana intiqamı», Vidadi Babanlı), Kordeliya («Kral Lir», Vilyam Şekspir), Şirin («Fərhad və Şirin», Səməd Vurğun), Selcan, Çılğın, Arzu («Özümüzü kəsən qılınc», «Dar ağacı», «İkinci səs», Bəxtiyar Vahabzadə), Gültəkin («Aydın», Cəfər Cabbarlı), Züleyxa və Kleopatra («Misir gecələri», Məmməd Səid Ordubadi, Nazim Hikmət, Vilyam Şekspir) və s.
Azərbaycan Dövlət Televiziyasında hazırlanmış teletamaşalardakı rollardan Jalə («Yad qızı», Orxan Kamal), Əfsanə («İtkin gəlin» Əlibala Hacızadə), Cavidan («Dodaqdan qəlbə», Rəşad Nuri Güntəkin) , Sara («Apardı sellər Saranı», Kəmalə Ağayeva), Xurşidbanu Natəvan («Güllələnmiş heykəllər», Hüseynbala Mirələmov) və s. rolları göstərmək olar.
Məleykə Əlifağa qızı Əsədova 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2000-ci ildə Xalq Artisti fəxri adı ilə təltif olunub, Prezident mükafatçısıdır.
Hazırladı: Nigar

13:26 / 03 Aprel 2026
40
13:19 / 03 Aprel 2026
26
13:14 / 03 Aprel 2026
26
13:03 / 03 Aprel 2026
76
12:52 / 03 Aprel 2026
45
12:46 / 03 Aprel 2026
48
12:43 / 03 Aprel 2026
249
12:32 / 03 Aprel 2026
501
12:30 / 03 Aprel 2026
851
12:21 / 03 Aprel 2026
56
12:16 / 03 Aprel 2026
38
12:10 / 03 Aprel 2026
51
12:02 / 03 Aprel 2026
181
11:53 / 03 Aprel 2026
49
11:48 / 03 Aprel 2026
385
11:47 / 03 Aprel 2026
51
11:45 / 03 Aprel 2026
41
11:41 / 03 Aprel 2026
66
11:22 / 03 Aprel 2026
469
11:10 / 03 Aprel 2026
69
10:44 / 03 Aprel 2026
647
10:42 / 03 Aprel 2026
60
10:40 / 03 Aprel 2026
67
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.