Qaynar xətt:

(+99450) 247 90 86

Vaqif Alıyevin qalıqları Gəncədə dəfn edildi

2024/09/26/1727349300_1723639515.1695798738_1663091775_sehid_238876.jpg

QARABAĞ

457

26.09.2024, 15:12

Birinci Qarabağ müharibəsində şəhid olan, 31 il sonra dəfn yeri və kimliyi müəyyən edilən Vaqif Sərdar oğlu Alıyevin qalıqları Gəncədə dəfn olunub.

Oxu24.com xəbər verir ki, şəhidin qalıqları bu gün Gəncənin şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində Gəncə İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhidin döyüş yoldaşları, ailə üzvləri, şəhid ailələri və qazilər iştirak ediblər.

Qeyd edək ki, Vaqif Sərdar oğlu Alıyevin 1966-сı ildə Gədəbəy rayonun Qoşabulaq kəndində anadan olub. 1993-cü il də Ağdam rayonun Sırxavənd kəndi istiqamətində itkin düşüb.