13 dost,13 şəhid -XTQ tablosu...
20 Oktyabr 2025, 00:49
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
521
04.10.2024, 01:54
Bu gün - oktyabrın 4-də Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 4 il ötür.
OXU24.COM xəbər verir ki, 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Azad olunan ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.
Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti qismən bərpa edilib.
Qeyd edək ki, Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilib. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilib, 17 iyun 1964-cü ildə yenidən yaradılıb. Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1049 kvadrat kilometrdir, ərazisi əsasən dağlıqdır. Araz çayının qırağı vaxtilə Tuqay meşələri ilə sıx olub. Arazboyu düzənliklərin torpaqları yüksək məhsuldarlığa malik tünd şabalıdı torpaqlardır.
Həmçinin oxuyun
Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı rayon 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal dövründə cəbrayıllı məcburi köçkünlər ölkənin 58 rayonunun 2 000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar. 1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad olunub.
Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb. Həmçinin, Prezident İlham Əliyev 2021-ci il oktyabrın 4-də Cəbrayıl rayonunda səfərdə olub.
Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü kimi qeyd edilir.
01:40 / 17 Dekabr 2025
12
01:15 / 17 Dekabr 2025
16
00:55 / 17 Dekabr 2025
14
00:36 / 17 Dekabr 2025
49
00:32 / 17 Dekabr 2025
55
00:24 / 17 Dekabr 2025
68
23:40 / 16 Dekabr 2025
652
23:04 / 16 Dekabr 2025
768
22:25 / 16 Dekabr 2025
70
22:19 / 16 Dekabr 2025
421
22:05 / 16 Dekabr 2025
87
20:53 / 16 Dekabr 2025
774
20:13 / 16 Dekabr 2025
808
20:07 / 16 Dekabr 2025
332
20:05 / 16 Dekabr 2025
285
19:58 / 16 Dekabr 2025
156
19:53 / 16 Dekabr 2025
107
18:06 / 16 Dekabr 2025
2399
17:55 / 16 Dekabr 2025
115
17:51 / 16 Dekabr 2025
118
17:39 / 16 Dekabr 2025
5971
17:35 / 16 Dekabr 2025
145
17:26 / 16 Dekabr 2025
107
17:23 / 16 Dekabr 2025
126
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.