13 dost,13 şəhid -XTQ tablosu...
20 Oktyabr 2025, 00:49
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
550
30.10.2024, 12:29
Bu gün Şəhid Mehrac Əsədovun doğum günüdür.
Oxu24.com xatırladır ki, Mehrac Əhədov 30 oktyabr 1999-cu ildə Nərimanov rayonunda İntiqam Əhədovun ailəsində anadan olmuşdur. 2005-2016-cı illərdə Bakı şəhər 93 nömrəli tam orta məktəbdə təhsil almışdır. Subay idi.
Mehrac Əhədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nərimanov rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra mülki fəaliyyətinə davam etmişdir.
2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamışdır. Mehrac Əhədov da səfərbər olunmuş, hərbi təlim toplantılarına çağırılmışdır.
Həmçinin oxuyun
Azərbaycan Ordusunun əsgəri olan Mehrac Əhədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü atıcı olaraq iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Mehrac Əhədov 22 oktyabr 2020-ci ildə Füzuli rayonunun Gecəgözlü kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehrac Əhədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehrac Əhədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
19:15 / 15 Dekabr 2025
18
18:43 / 15 Dekabr 2025
243
18:36 / 15 Dekabr 2025
31
17:51 / 15 Dekabr 2025
48
17:37 / 15 Dekabr 2025
611
17:14 / 15 Dekabr 2025
70
17:08 / 15 Dekabr 2025
63
16:59 / 15 Dekabr 2025
159
16:49 / 15 Dekabr 2025
591
16:40 / 15 Dekabr 2025
131
16:26 / 15 Dekabr 2025
126
16:16 / 15 Dekabr 2025
100
15:55 / 15 Dekabr 2025
189
15:45 / 15 Dekabr 2025
492
15:20 / 15 Dekabr 2025
665
15:17 / 15 Dekabr 2025
120
15:00 / 15 Dekabr 2025
575
14:53 / 15 Dekabr 2025
2054
14:48 / 15 Dekabr 2025
88
14:39 / 15 Dekabr 2025
93
14:19 / 15 Dekabr 2025
565
14:13 / 15 Dekabr 2025
303
14:11 / 15 Dekabr 2025
96
13:00 / 15 Dekabr 2025
844
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.