Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2025, 17:39
Qaynar xətt:
(+99450) 247 90 86QARABAĞ
2274
01.12.2024, 22:49
Yeni ilə sayılı günlər qalıb. Bayramla əlaqədar bir neçə gün qeyri-iş günü olacaq. Bu baxımdan bayramı qeyd etmək üçün fürsətdən istifadə edənlər də az olmayacaq. Adətən bayram ərəfəsində Azərbaycan vətəndaşları Yeni ili harada və hansı qiymətə qarşılamaq barədə düşünürlər. Yeni ili qarşılamaq üçün bölgələrə üz tutanlar az deyil. Bundan başqa işğaldan azad edilmiş torpaqlarda da Yeni ili qarşılamaq istəyənlər var.
Bəs görəsən, Qarabağda yeni ili qarşılamaq insanlara neçəyə başa gələcək?
OXU24.COM bildirir ki, Moderator.az bu mövzunu araşdırıb. Məlum olub ki, Qarabağdakı hotellərin bir çoxunda bayram tədbirləri nəzərdə tutulub.
Şuşada fəaliyyət göstərən "Xarıbülbül" hotelində Yeni il bayramı günü proqram təşkil olunacaq:
"Bizdə otaqlar standart olaraq iki nəfər üçün nəzərdə tutulub, amma belə otaq bir nəfər də qala bilər. Bir nəfər üçün səhər yeməyi daxil olmaqla belə otaqda gecələmək 200 manatdır. İki nəfər üçün isə artıq 240 manat təşkil edir. Söhbət bir gündən gedir. Hoteldə hələlik başqa xidmətlər yoxdur. Gündə 3 dəfə qidalanmaq üçün restoran var. Günorta və axşam yeməyi əlavə xərcdir. Yeni ildə də qiymətlər stabil olacaq. Hələ bir dəyişiklik yoxdur. Yeni il şənliyi təşkil olunacaq. Bu proqramdan asılı olaraq qiymətlərdə cüzi dəyişikliklərin olacağı istisna edilmir", - deyə hoteldən bildirilib.
Şuşada fəaliyyət göstərən eyniadlı hoteldə yeni ili qeyd etmək istəyən iki nəfər iki gecə və üç gün üçün 1900 manatından keçməlidir:
"İki gün fərqli konsertlər olacaq. Xalq artisti Mənsum İbrahimov, müğənnilər Ayaz Qasımov, Nigar Paşayeva, Turan Səfərli, Kəmalə Əliyeva səhnədə çıxış edəcəklər. Tədbirdə DJ Gugu, aparıcısı isə Kamran Yaradanquliyevdir. Yeni il tədbirini "Canaz" və "Baku events" qrupları təşkil edib. Portal məsələsini də hotelin əməkdaşları həll edəcəklər", - deyə məlumatda bildirilib.
Xalq artisti Mənsum İbrahimov da bayram gecəsini "Şuşa" hotelində qarşılayacaq:
"Biz 30 il idi ki, bu günləri gözləyirdik. Şükür bu günümüzə ki, artıq biz Qarabağda böyük tədbirlər edirik. İnşallah bu il də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramını mədəniyyət paytaxtımız Şuşada qeyd edəcəyik. Mən öz "Qarabağ" muğam qrupumla ifalar edəcəyəm. Bütün arzu edənlər dəvətlidirlər", - deyə o bildirib.
Xankəndində fəaliyyət göstərən "Palace" hotelində qiymətlər 190 manatdan başlayır.
Həmçinin oxuyun
"Palace" hotelində bizim otaqlarımızın qiyməti 190 manatdır. Bu iki nəfər üçün nəzərdə tutulub. Yeni ildə canlı musiqi olacaq. Xankəndidə qaz olmadığı üçün hovuzlar işləmir. Qaz olandan sonra hovuz xidməti də bu qiymətə daxil olacaq", - deyə hoteldən bildirilib.
Xankəndidə yerləşən digər bir hotel - "Qarabağ"da isə qiymətlər daha yüksəkdir:
"Qarabağ" hotelində otaqlar genişdir. Buna görə də qiymətlər iki nəfər üçün 240 manatdan başlayır. Səhər yeməyi və fitnes zalı xidmətə daxildir. Üç dəfə qidalanmaq üçün restoranlar var. Bu, qiymətə daxil deyil, amma əlavə sifariş kimi nəzərdə tutulub".
Turizm eksperti Rəhman Quliyev bildirib ki, digər regionlara nisbətən Qarabağdakı hotellərdə qiymətlər daha bahadır:
"Hər il olduğu kimi ənənəvi olaraq paytaxtda və regionlarımızda fəaliyyət göstərən hotellər yeni il şənlikləri, şou-proqramlar keçirirlər. Hazır tur-paketlər təklif olunur. Bu tur-paketlərə 3 gün və 2 gecə qonaqlama, səhər yeməyi və eyni zamanda, hoteldə yeni il şou-proqramı ilə şam yeməyi daxildir.
Bir neçə ildir artıq Şuşada fəaliyyət göstərən hotellərdə də bayram tədbirləri təşkil olunur. Regionlarımızın digər bölgələrinə baxanda Şuşada qiymətlər bir qədər yüksəkdir. Bu da personalın orada qalması, relyefin çətinliyi, yol uzaqlığına görədir. Ona görə də qiymətlərdə artım müşahidə olunur. Şou-proqramda iştirak edəcək sənətçilərin uzun yol qət edib Şuşaya getməsi, orada qalması da xərc tələb edir. Bu da həmin tur-paketdə qiymətlərin artmasına səbəb olur.
Digər günlərə nisbətən bayram günlərində Azərbaycanın hər bölgəsində hotellərdə sıxlıq müşahidə olunur. Hansı hoteldə şou-proqram keçirilir, o hotellərə daha çox üstünlük verilir. Ümumi olaraq bu da tələbatdan irəli gəlir. Hotellərdə satış siyasətinə uyğun olaraq ilk növbədə standart, ekonom otaqlar satılır. Azərbaycana gələn turistlər də daha çox dağlıq ərazilərə gedirlər. Yaxın gələcəkdə Şuşada fəaliyyət göstərən hotellərin iş qrafiki digər rayonlarda - Laçında, Zəngilanda, Kəlbəcərdə, Qubadlıda və digər işğaldan azad olunmuş ərazilərdə də təşkil olunacaq. İnfrastruktur bərpa olunduqca, insanlar öz dədə-baba yurdlarına köçdükcə, orada bu kimi komplekslərin, yeni iş yerlərinin yaradılması o zərurəti yaradacaq ki, oralara həm də turist axını olsun. Eyni zamanda, belə şənliklərin keçirilməsi reallaşsın. Belə yerlərin daha çox açılması sağlam rəqabətə gətirib çıxaracaq".
İqtisadçı ekspert Xalid Kərimli Qarabağdakı hotellərin qiymətlərinin yüksək olmasının səbəbini bu cür izah edib:
"Qarabağda qiymətlərin yüksək olmasının səbəbi məhdudiyyətlərlə əlaqədardır. Şuşada, Xankəndidə işin bir romantika tərəfi var. Keçmişdən qalan bir nostalji hisslər var. Şuşada və Xankəndidə tədbiri təşkil etməyin xərci Bakıda tədbiri təşkil etməyin xərcindən çoxdur. Əyləncənin təşkili Şuşada və Xankəndidə daha bahadır, nəinki paytaxtda".
22:30 / 23 May 2025
Bakıda bu ailələrə mənzillər veriləcək
129
22:03 / 23 May 2025
Tiktoker qardaşlardan biri ev dustaqlığına buraxıldı
64
21:58 / 23 May 2025
Bakıda iki marşrutun hərəkət sxemi dəyişdirilir
64
21:39 / 23 May 2025
Müharibə veteranlarına verilən 80 manatla bağlı GÖZLƏNİLƏN XƏBƏR - Yeni məbləğ AÇIQLANDI
1554
21:38 / 23 May 2025
Məmurlar bir araya gəldi - Prezidentin tapşırıqları çatdırıldı
79
21:21 / 23 May 2025
Varikoz damarlarının qarşısını necə almaq və gecikdirmək olar?
64
20:59 / 23 May 2025
“Azərbaycanın bu tədbirə ev sahibliyi etməsini alqışlayıram” - Paşinyan
145
20:32 / 23 May 2025
Elgünün ailəsindən şok iddia: Bu işdə... (VİDEO)
2012
20:28 / 23 May 2025
Aleksandr Lukaşenko Prezident İlham Əliyevi təbrik edib
75
20:23 / 23 May 2025
PA Vətəndaş Qəbulu Mərkəzində iyun ayı üzrə vətəndaşların qəbulu - CƏDVƏLİ
66
20:20 / 23 May 2025
Məktəbli sürücünü çətin vəziyyətə saldı - VİDEO
72
20:15 / 23 May 2025
“Paşinyandan xahiş etmişdim ki, Azərbaycanla danışıqlar olsun” - Arayik Harutyunyan
166
20:11 / 23 May 2025
Ukrayna hücum etdi
67
20:08 / 23 May 2025
Finlandiya parlamentinin baş katibi dövlətə xəyanətdə şübhəli bilinir
64
20:03 / 23 May 2025
Azad edilmiş ərazilərdə yaşayanların sayı açıqlanıb
68
19:50 / 23 May 2025
Məmurlar bir araya gəldi - Prezidentin tapşırıqları çatdırıldı
71
19:45 / 23 May 2025
“Sülh müqaviləsinin gecikməsi, regionda riskləri artırır" — İqbal Ağazadə ilə Müsahibə
3415
19:06 / 23 May 2025
Ukrayna və ABŞ Bərpa Fondunu işə salır
75
18:37 / 23 May 2025
Qazlar haqqında maraqlı faktlar
260
18:35 / 23 May 2025
Rusiya ballistik raket atdı
69
18:24 / 23 May 2025
“Röya kinodakı hansı xidmətlərinə görə Kann festivalına gedib?” – Rasim Balayevdən ETİRAZ
308
18:19 / 23 May 2025
Rusiya qazaxları ölkəyə buraxmır
83
18:09 / 23 May 2025
Azərbaycanda növbəti avtomobil hərracı elan edilib
85
18:08 / 23 May 2025
İlqar İsmayılov həbsdə qaldı
84
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.