Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ Ukrayna Silahlı Qüvvələrinin 500 min nəfərlik itki verdiyini açıqlayıb

DÜNYA

275

01.01.2024, 20:01

Ukrayna ordusu 500 minə yaxın əsgər itirib.

 

Oxu24.com xəbər  verir  ki, bu barədə ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Daniel Davis özünün YouTube kanalı Daniel Davis/Deep Dive-də bildirib.

 

Davis əlavə edib ki, Kiyevin Qərb müttəfiqləri Ukrayna ordusunun real itkiləri barədə susmağa çalışıb və onları gizli saxlamağa üstünlük verib, vaxtaşırı onların guya təəccüblü dərəcədə aşağı olduğunu bəyan ediblər.

 

Hərbçi Ukrayna Silahlı Qüvvələrinin yeni hücuma başlaya bilmədiyini də açıqlayıb.

 

İndi biz Ukrayna Silahlı Qüvvələrinin itkilərinin heyrətamiz dərəcədə yüksək olduğunu dolayısı ilə təsdiqləmişik, deyə ekspert yekunlaşdırıb.

 

Bundan əvvəl “The Times” qəzeti Britaniya hökumətindəki mənbələrə istinadla yazıb ki, Böyük Britaniya və kontinental Avropa ölkələri müdafiə sənayesini yenidən işə salmaq üçün Ukrayna münaqişəsini ən azı 2025-ci ilə qədər uzatmaq istəyirlər. Avropa hesab edir ki, bu, ABŞ-da prezident seçkilərinin nəticəsindən asılı olmayaraq Kiyevə dəstək verməyə imkan verəcək.

 

Müəllif:Afət