Qaynar xətt:

(+99450) 247 90 86

Qəzzada HƏMAS-ın ruhani liderinin nəvəsi öldürülüb

DÜNYA

202

07.01.2024, 20:37

İsrail ordusunun Rəfaha endirdiyi zərbə nəticəsində HƏMAS hərəkatının qurucusu və ruhani lideri Şeyx Əhməd Yasinin nəvəsi Əli Əbu-Əcva öldürülüb.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə İsrail mediası məlumat yayıb.

 

Şeyx Əhməd Yasin 2004-cü ildə öldürülüb.

 

Yasin və iki köməkçisini daşıyan avtomobil evinin yaxınlığındakı məscidə namaz qılmağa gedərkən İsrail hərbi helikopterlərindən raket atəşinə tutulub.

 

Müəllif:Afət