Qaynar xətt:

(+99450) 247 90 86

Krım körpüsü bağlandı

DÜNYA

267

25.02.2024, 23:17

Krım körpüsündə nəqliyyatın hərəkəti müvəqqəti olaraq bağlanıb.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə “Krım körpüsü: əməliyyat məlumatı” Telegram kanalında məlumat verilib.

 

“Növbədə 180 maşın var. Gözləmə müddəti təxminən bir saatdır. Kerçdən gələn növbədə 95 avtomobil var”, - deyə   saat 18:00-a olan  məlumatda qeyd edilir.

“Krım körpüsündə avtomobillərin hərəkəti müvəqqəti olaraq bağlanıb. Körpüdə və yoxlama zonasında olanlardan sakit olmağı və nəqliyyat təhlükəsizliyi əməkdaşlarının göstərişlərinə əməl etmələrini xahiş edirik”, - deyə mətbuat xidməti yazıb.

O vaxtdan bəri əlavə məlumat daxil olmayıb.

 

Bundan əvvəl fevralın 24-nə keçən gecə nəqliyyatın hərəkəti 10 dəqiqəlik dayandırılıb.

 

Nigar